The Weeknd

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
The Weeknd
The Weeknd 2021-ci ildə
The Weeknd 2021-ci ildə
Ümumi məlumatlar
Doğum adıAbel Makkonen Tesfaye[7]
LəqəbləriThe Noise, Kin Kane[1]
Doğum tarixi16 fevral 1990(1990-02-16)[2] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, mahnı yazarı[d], musiqi prodüseri, aktyor, iş adamı, söz yazıçısı[d]
Fəaliyyət illəri2009-cu ildən
Janrlaralternativ R&B[d][10], pop musiqisi[10], müasir R&B[d], hip-hop[d], yeni dalğa
Musiqi alətləripiano, klavişli alət[d], bas-gitara, gitara, zərb qurğusu[d]
Albom şirkətləriRepublic Records, XO[d]
Təhsili
  • Birchmount Park Collegiate Institute[d],
  • West Hill Collegiate Institute[d]
İmzanın şəkli
theweeknd.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Weeknd (əsl adı: Eybel Makkonen Tesfaye; 16 fevral 1990[2], Toronto, Ontario, Kanada[8]) Kanadalı müğənni, mahnı yazarı və prodüser. Müasir populyar musiqinin aparıcı siması kimi qəbul edilir, o, mahnılarında falsetto səsinin istifadəsi ilə diqqət çəkir.[11] O, dörd "Qremmi" mükafatı, iyirmi Billboard musiqi mükafatı, iyirmi iki "Juno mükafatı", altı "Amerika musiqi" mükafatı, iki "MTV Video" musiqi mükafatı və Latın "Qremmi" mükafatı laureatıdır, bundan əlavə o, "Oskar" və "Praymtaym Emmi" mükafatına namizəd olub.

Torontoda doğulub böyüyən Tesfaye karyerasına 2009-cu ildə YouTube kanalına anonim şəkildə mahnılar yerləşdirərək başlayıb. Bundan iki il sonra XO səsyazma şirkətini təsis etdi, çox keçməmiş "House of Balloons", "Thursday" və "Echoes of Silence" adlı müasir pop və alternativ R&B janrı ilə diqqət çəkən miksteyplər yayımladı.[12] 2012-ci ildə Republic Records ilə müqavilə bağladıqdan sonra o "Trilogy" adlı kompilasiya albomu buraxdı. Onun debüt studiya albomu "Kiss Land" 2013-cü ildə işıq üzü gördü və Billboard albomlar hit-paradında ikinci pillədə qərarlaşdı. Onun "Bozun əlli çaları" filmi üçün yazdığı "Earned it" mahnısı "Qremmi" mükafatına layiq görüldü və "Oskar" mükafatına namizəd oldu.[13]

Tesfayenin 2015-ci ildə buraxdığı əsasən pop üslublu ikinci albomu "Beauty Behind the Madness" kommersiya uğuru və tənqidi bəyənmə ilə qarşılandı. Albom ABŞ-da bir nömrə oldu və "İlin albomu" mükafatına namizədlik qazandı, hit-paradlara başçılıq edən "Can't Feel My Face" və "The Hills" trekləri "Qremmi" mükafatına layiq görüldü.[14] Onun trap janrlı üçüncü albomu "Starboy" əvvəlki buraxılışları kimi dinləyicilərin rəğbətini qazandı, "Die For You" və albomun adını daşıyan mahnısı ona "Qremmi" qazandırdı.

Eybel Makkonen Tesfaye 16 fevral 1990-cı ildə Kanadanın Ontario şəhərində anadan olub.[15] O efiopiyalı miqrant ailənin yeganə övladıdır. Tesfayenin valideynləri o dünyaya gələndən qısa müddət sonra ayrılıblar.[16][17] O, anası və nənəsi tərəfindən Ontarionun Skarboro bölgəsində böyüdülüb.[15][18] 2015-ci ildə Rolling Stone jurnalına danışan Tesfaye atası haqqında bunları deyib: "Onu altı yaşımdan görməməyə başladım, onu 11 və ya 12 yaşımda yenidən görəndə yeni ailəsi və uşaqları var idi. Onun harada yaşadığını belə bilmirəm amma onun yaxşı insan olduğuna əminəm. O, əyyaş və ya pis adam deyildi, sadəcə bizimlə birlikdə deyildi".

Tesfaye xristian kimi böyüdülüb.[17][19] Onun ana dili amhar dilidir.[20] O, fransız məktəbində təhsil alıb və fransızca sərbəst şəkildə danışa bilir.[21]

Tesfaye 17 yaşında olarkən məktəbi buraxdı və iki dostu ilə birlikdə Torontonun Parkdale məhəlləsindəki mənzilə köçdü.[22] O, 1995-ci ildə çəkilmiş "Uşaqlar" filminə bənzər hedonist həyat tərzi yaşadığını bildirib.[15][23] O, bu dövrlərdə küçələrdə qalmış həmçinin bir neçə dəfə həbs edilmişdir.[24][25]

O, gənc yaşlarında ketamin, kokain, MDMA (ekstazi), sehrli göbələk və öskürək şərbəti daxil olmaqla müxtəlif qanunsuz və narkotik vasitələrin aludəçisi olub.[26] O, 2016-cı ildə narkotiklərin onun mahnı yazmağına köməklik göstərdiyini bildirib.[27] 2021-ci ilin avqustunda GQ jurnalına verdiyi müsahibədə "sober" olduğunu, əvvəlki kimi çox içmədiyini və marixunadan başqa digər maddələr istifadə etmədiyini deyib.[28]

Studiya albomları

  • Michael Jackson's Journey from Motown to Off the Wall (2016)
  • Uncut Gems (2019)
  • The Show (2021)
  • The Weeknd: Live at SoFi Stadium (2023)
  • The Idol (2023)

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu