Terminator (film)

(Terminator (film, 1984) səhifəsindən istiqamətləndirilmişdir)

Terminator (ing. The Terminator) — 1984-cü ildə istehsal olunmuş ABŞ-nin fantastik janrlı döyüş filmlərindən biridir. "Terminator" filmi 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[3][4]

Terminator
ing. The Terminator
Filmin afişası
Filmin afişası
Janrfantastika
Əsas mövzuZamanda səyahət, Los Anceles Polis Departamenti
RejissorCeyms Kemeron
Prodüser
  • Qeyl Enn Hörd[d]
Ssenari müəllifləriCeyms Kemeron
Qeyl Enn Hörd
Uilyam Uişer-kiçik
Baş rollardaArnold Şvartsenegger
Maykl Bin
Linda Hamilton
İstehsalçıOrion Pictures
DistribütorOrion Pictures[d], Netflix
İlk baxış tarixi26 oktyabr 1984
Müddət107 dəqiqə[1]
Yaş həddi18+
Büdcə$6.4 milyon[2]
Gəlir$78.4 milyon[2]
ÖlkələrABŞ ABŞ
Dillərİngilis dili
İspan dili
İl1984
Sonrakı filmTerminator 2: Axirət günü
Rəngrəngli
Çəkiliş yeriLos-Anceles
IMDbID0088247
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

2029-cu ildə süni intellektə sahib olan "Skaynet" adlı hərbi kompüter sistemi nüvə müharibəsini törədir və robotları idarə etməyə başlayır. İnsanlar isə yalnız Con Konnor adlı şəxsə ümid bəsliyirlər. Çünki Con Konnorun sayəsində insanlar robotlara qarşı müqavimət göstərə bilmişlər. Bu səbəbdən "Skaynet" sistemi Con Konnorun anası olan Sara Konnoru öldürmək üçün keçmişə, 1984-cü il tarixinə Terminator adlı robotu göndərir. Con Konnor isə öz növbəsində Sara Konnoru qorumaq üçün Kayl Riz adlı döyüşçünü keçmişə göndərir. Onlar Los Anceles şəhərində peyda olurlar. Terminator geyim və silah əldə etmək üçün bir sıra şəxsləri öldürür. Bu müddətdə Kayl Riz geyim və silah əldə edərək, gələcəkdəki hadisələri yadına salmağa başlayır.

Sarah Konnor ofisiant vəzifəsində çalışır. Günlərin birində onunla eyni adda olan şəxsin öldürüldüyü xəbərini alır. Bir müddət sonra restoranda nahar etdiyi zaman televiziya kanallarının birində onunla eyni adlı digər şəxsin öldürüldüyünü eşidir. Bu zaman telefon köşkündə adların siyahısına nəzər yetirir. Sarah Konnor öz adı ilə eyni olan şəxslərin siyahısına diqqət yetirdikdə, adının qurbanlardan üçüncü sırada yerləşdiyini görür və bundan vahimələnir. Ardlnca Sarah Konnor naməlum şəxsin onun izlədiyini görür. Sarah Konnor "Texnuar" adlı gecə klubuna çatır və buradan polislərə zəng vurur. Terminator Sarah Konnorun yaşadığı evə gəlir. Burada Sarah Konnorun dostu Cincer Venturanı və Cincerin sevdiyi şəxs olan Mett Byukenanı öldürür. Bu zaman Terminator Sarah Konnorun daşınıq zəngini eşidir və onun yerini təyin edir. Terminator gecə klubuna çatır və Sarah Konnoru öldürmək istəyir. Bu zaman Kayl Riz ona müqavimət göstərir və Sarah Konnoru xilas edərək, buradan maşınla uzaqlaşır.

Kayl Riz ona bir sıra məlumatları bildirsə də, Sarah Konnor ona inanmır. Bu müddətdə Kayl Rizi Terminator təqib etməyə başlayır. Eyni zamanda Kayl Riz polislər tərəfindən təqib edilərək, həbs edilir. Terminator isə buradan uzaqlaşmağı bacarır. Kayl Riz həbs edilərkən, polislərə gələcəkdə baş verən hadisələr haqqında danışır. Lakin həkim Silberman, leytenant Treksler və polis Vukoviç ona şübhə yanaşır və Kayl Riz həbsxanada saxlamağa qərara gəlirlər. Bu müddətdə Terminator zədələnmiş hissələrini bərpa etməyə çalışır. Ardınca Terminator polis məntəqəsinə gələrək, bir sıra polisləri öldürür. Kayl Riz həbsxanadan qaça bilir və Sarah Konnoru götürərək, buradan uzaqlaşırlar. Kayl Riz ona aşiqdir və bu səbəbdən keçmişə göndərilməsinə razılıq bildirmişdir. Onlar arasında sevgi münasibəti yaranmağa başlayır. Bu müddətdə Terminator yenidən zədələnmiş hissələrini bərpa etməyə çalışır.

Terminator onların saxlandıqları yeri təyin edir və bura yollanır. Kayl Riz və Sarah Konnor maşınla ondan qaçmağa başlayırlar. Terminator isə motosikletlə onları təqib etməyə başlayır. Kayl Riz onun müqavimətini dəf etmək üçün partlayıcı qurğulardan istifadə edir. Lakin bu zaman ağır yaralanır. Terminator isə benzin daşıyan avtomobil ilə toqquşaraq zədələr alır. Terminator avtomobili özü idarə edərək, onları yenidən təqib edir. Bu zaman Kayl Riz avtomobilə partlayıcı qurğu qoyaraq, onu sıradan çıxarır və böyük partlayış baş verir. Kayl Riz və Sarah Konnor onun məhv olduğunu zənn edirlər. Lakin Terminator fəaliyyətini bərpa edir və onları təqib etməyə davam edir. Onlar yaxınlıqdakı "Kiberdayn Sistems" (ing. Cyberdyne Systems) kompaniyasına məxsus zavoda tərəf qaçırlar. Kayl Riz onunla mübarizə aparır qərarına gəlir. Bu zaman partlayıcı qurğudan istifadə edir. Böyük partlayış baş verir və Terminator müxtəlif hissələrə bölünür. Ayağından zədə almış Sarah Konnor Kayl Rizin öldüyünü görür. Bu zaman Terminatorun baş və yarı bədən hissəsi yenidən onu təqib etməyə başlayır. Bu zaman Sarah Konnor çətinliklə də olsa, hidravlik pressi işə salır və Terminatorun prosessoru məhv edilir. Terminatorun zərər çəkməmiş əli "Kiberdayn Sistems" əməkdaşları tərəfindən götürülür.

Sarah Konnor öz həyatı davam etməyə və övladını böyütməyə qərara gəlir. Bu səbəbdən Meksikaya yollanmağa qərara gəlir. Maşınla yolda gedərkən diktofona, Conun gələcəkdəki bu hadisələri öyrənmək üçün danışıqlarını yazmağa başlayır. Yanacaq doldurma məntəqəsində az yaşlı uşaq "Polaroid" fotoapparatı onun şəklini çəkir. Həmin fotonu gələcəkdə Con Konnor Kayl Rizə göstərəcəkdir. Sarah Konnor yola düşən zaman güclü qasırğa barədə məlumatı eşidir.

Saundtrek

Rollarda

Aktyor/aktrisaRolQeydlər
Arnold ŞvartseneggerTerminator
Linda HamiltonSarah Konnor
Maykl BinKayl Riz
Pol UinfeldEd Traksler
Lans HenriksenHal Vukoviç
Bess MottaCincer Ventura
Erl BoenHəkim Piter Silberman
Rik RossoviçMett Buşanan
Franko Kolomborolu yoxdurGələcəkdəki Terminator
Dik Millerrolu yoxdursilah satıcısı
Şaun ŞippsNensi
Bill PakstonPank lideri
Bred RirdenPank
Brayan TompsonPank

İstinadlar

Xarici keçidlər

Filmi izlə (azərbaycan dilində)

Həmçinin bax

ABŞ filmlərinin siyahısı
Böyük Britaniya filmlərinin siyahısı