Telman Ələkbərov

Telman İqdam oğlu Ələkbərov (30 mart 1991, Bakı7 oktyabr 2020, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Telman Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan SSR
Vəfat tarixi (29 yaşında)
Vəfat yeriAğdam rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2012—2020
RütbəsiLeytenant
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Ağdamın azad olunmasına görə" medalı — 2020

Həyatı

Telman Ələkbərov 1991-ci il martın 30-da Bakı şəhərində anadan olub.[1] Onun babası — mətnşünas Əli Fəhmi idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun leytenantı olan Telman Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Telman Ələkbərov oktyabrın 7-də Ağdam rayonu istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Ələkbərov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar