Tekirgöl

Tekirgöl (rum. Lacul Techirghiol) — Rumıniyada göl. Göl Qara dənizin sahilində, Konstansa şəhərinin 12 km - də yerləşir. Göl sahilində Eforiye və Tekirgöl kurortları fəaliyyət göstərir. Hər iki kurort palçıq müalicəsi üzrə tanınır.

Tekirgöl
rum. Lacul Techirghiol
Gölün sputnikdən görünüşü
Gölün sputnikdən görünüşü
Ümumi məlumatlar
Mütləq hündürlüyü−0,6[
Eni4,4 km
Uzunluğu7,75 km
Sahəsi14,62 km²
Dərin yeri12,5 m
Orta dərinliyi4 m
Duzluluğu1—70 
Yerləşməsi
44°02′30″ şm. e. 28°40′00″ ş. u.
Ölkə Rumıniya
Tekirgöl xəritədə
Tekirgöl
Tekirgöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölün ümumi sahəsi — 14,62 km²-dir[1].

Etimologiyası

Gölün adı ilə müxtəlif versiyalar mövcuddur. Ehtimal olunan fikirlərdən biri odur ki, Tekir adlı bir türk gölün palçığının müalicəvi əhəmiyyətini aşkar etmişdir[2][3].

Digər versiyaya görə isə göl öz adını: «tekir» — «düz», «göl» — «göl» sözlərindən götürüb[4].

Hidroqrafiyası

Göl liman mənşilidir və dəniz körfəzindən meydana gəlmişdir. Gölü dənizdən eni 100 metr, uzunluğu 3 km olan qum tirəsi ayırır[5]. Vaxt keçdikcə gölün duzluluğu artmış və ən yüksək göstəricisi 95 q/l olmuşdur.

70-ci illərdə ərazidə aparılan geniş suvarma işləri nəticəsində göl suyunun duzluluğu azalmağa başlamışdır (83,6 q/l — 1970, 63,6 q/l — 1980. və 53,50 q/l — 1997.)[6].

Göl suyunun duzluluğu azalması ilə əlaqədər Artemia salina və həm də gölün bütün ekossiteminin pozulması qeydə alınmışdır. Bunun üçün 1980-cı illərdə ərazidə 2 bənd inşa edilmiş, göl 3 hissəyə bölünmüşdür. Gölün şərq hissəsi daha duzlu (duzluluq 6-8 q/l), qərb hissəsi (duzluluq 1-2 q/l) daha az idi. Qərb hissəyə suvarma suları axıdılırdı. Bu sulardan azada olmaq üçün göldən Qara dənizə uzunluğu 9,5 km olan borular çəkilmişdir[7].

Gölün dəniz səviyyəsindən olan hündürlüyü dəyişir və bu göstərici 0 metr−1,65 metr arasındadır. Müəyyən zamanlarda gölün səviyyəsi düşür və dənizdən su gölə axır[8][9].

Müalicəvi əhəmiyyəti

Güclü minerallaşmaya malik göl suyu müəalicəvi əhəmiyyətə malikdir. Sapropel çöküntüyə malik olan ərazidə ilk dəfə 1891-ci ildə sanatoriya açılmışdır[10]. Müasir dövrdə ərazidə bir neçə sanatoriya fəaliyyət göstərir[11].

İstinadlar