Tamara Duda

Tamara Anatolyevna Duda (ukr. Тамара Анатоліївна Дуда), Tamara Oroxovoye Zyornışko təxəllüsü ilə də tanınır (ukr. Тамара Горіха Зерня; 5 yanvar 1976[1], Kiyev) — Ukrayna yazıçısı. O, 2022-ci il Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı olmuş, 2019-cu ildə yazdığı "Qız" romanı "BBC" tərəfindən "İlin kitabı" seçilmişdir.[2] Tamara Duda könüllü fəaliyyəti ilə tanınır.[3]

Tamara Duda
Doğum tarixi5 yanvar 1976(1976-01-05)[1] (48 yaş)
Doğum yeri
Təhsili
  • Ukrayna Humanitar Liseyi[d],
  • Kiyev Universitetinin Jurnalistika İnstitutu[d],
  • Kiyev Beynəlxalq Universiteti[d]
Fəaliyyətiyazıçı, Könüllü
MükafatlarıTaras Şevçenko adına Ukrayna Milli Mükafatı

Həyatı

Tamara Anatolyevna Duda Kiyevdə anadan olmuşdur. 1992-ci ildə Ukrayna Humanitar Liseyini bitirmişdir. 1993-cü ildə Kiyev Universitetinin Jurnalistika İnstitutuna daxil olmuş, 1998-ci ildə diplomunu müdafiə etmişdir. 2003–-2005-ci illərdə Kiyev Beynəlxalq Universitetində təhsil almışdır. O, 20 ildən artıqdır ki, ingilis dilindən iqtisadiyyat haqqında mətnləri ukrayn dilinə tərcümə edir.[4]

2014-cü ildən Tamara Duda Donbassda qarşıdurma zonasında könüllüdür. O, könüllü fəaliyyətinə görə Kiyev meri tərəfindən sertifikatla təltif edilmişdir.[5] Ailəlidir, üç övladı var.[6]

"Qız" yazıçının ilk romanıdır. "Bilka" nəşriyyatında ukrayn və ingilis dillərində çap edilmişdir. Kitabdakı hadisələr 2014-cü ildə Ukraynanın şərqində Rusiya–Ukrayna müharibəsi zamanı cərəyan edir . Romanın ekrana uyğunlaşdırılması planlaşdırılır.[7]

2021-ci ildə "Bilka" nəşriyyatı Tamara Dudanın ikinci romanı olan "Müdaxilə prinsipi"ni nəşr etmişdir. Kitab detektiv janrında yazılmışdır. Romanın baş qəhrəmanı Stanislava Rusiya–Ukrayna müharibəsində ərini itirmiş və onun yeganə təsəllisi iş olmuşdur. O, bir tanışının xahişi ilə əsas süjet hadisələrinin cərəyan etdiyi Çerkası vilayətindəki bir şəhərə gedir.[8]

2021-ci ildə Tamara Duda "Qız" romanı ilə 2022-ci ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatına "Ədəbiyyat" nominasiyası üzrə namizəd olmuşdur. Əsər müsabiqənin ikinci turuna buraxılmış və sonda qalib gəlmişdir.[9]

Mükafatlar

  • "Qız" romanına görə 2022-ci ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı.[10]

İstinadlar

Xarici keçidlər