Talassa

Talassa, Falassa, Talatta (q.yun. Θάλασσα q.yun. Θάλασσα Θάλασσα, "dəniz") — qədim yunan mifologiyasınıda personaj, dəniz ilahəsi. EfirHemeranın qızı, Pontun həyat yoldaşı[1]. Telxinlərin və Qaliyanın anası .

Talassa
MifologiyaYunan mifologiyası
Cinsiqadın
AtasıEfir
AnasıHemera
ƏriPont
UşaqlarıQaliya, Kefiss, Egeon və Telxinlər.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heykəli Korinfdə yerləşir, gənc Afroditanı əlində saxlamış vəziyyətdədir.[2] .

Talassa eyni zamanda Tefiinin epitetidir ; XXII Orfik himni ona həsr edilmişdir.

Maraqlı faktlar

  • A. Klarkın "Uzaq diyarın nəğmələri" povesti (1956) və romanı (1986)ndakı hadisələrin baş verdiyi okean-planet Talassa adlanır.
  • Fransada Talassa adında (1975 — bu günə qədər) ətraf mühit, idman, insan və tarixi baxımdan dəniz və əlaqəli süjetlər mövzusundakı populyar həftəlik televeriliş yayımlanır. .
  • Neptunun peyki Talassanın şərəfinə(1991) adlandırılmışdır.
  • Springer tərəfindən nəşr olunan beynəlxalq elmi Thalassas jurnalı Talassaya həsr edilmişdir.

Qeydlər