Talada ev (cizgi filmi, 1986)

Talada ev
Fayl:Talada ev (cizgi filmi, 1986).jpg
Janrmusiqili
uşaq
RejissorHafiz Əkbərov
Ssenari müəllifiSabir Rüstəmxanlı
OperatorRamiz Ağayev
BəstəkarCəmil Əmirov
RəssamNazim Məmmədov
İstehsalçı"Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi1986
Filmin növüqısametrajlı cizgi filmi
Müddət9 dəq.
ÖlkələrSSRİ SSRİ
Dilazərbaycanca
İl1986
Texniki məlumatlar1 hissə
248 metr
35 mm
Rəngrəngli
IMDbID2997098

Məzmun

Gizli şəkildə başqasının əməyinin bəhrəsindən istifadə etmək olarmı? Filmin balaca tamaşaçılara ünvanlandığını və uşaqların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, sual heç də ritorik deyil.

İki siçanın başına gələn əhvalatdan belə nəticə çıxarmaq olar ki, bir parça halal çörək qeyri-qanuni əldə edilmiş var-dövlətdən şirindir.

Ekran əsərində halal zəhmət, işgüzarlıq və əməksevərlik kimi yüksək amillər tərənnüm edilir.

Film haqqında

Film məşhur Ezopun təmsilinin motivləri əsasında yaradılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Sabir Rüstəmxanlı
Rejissor: Hafiz Əkbərov
Quruluşçu rəssam: Nazim Məmmədov
Bəstəkar: Cəmil Əmirov
Operator: Ramiz Ağayev
Səs operatoru: Akif Nuriyev
Cizgi rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko, Rauf Dadaşov, Arifə Hatəmi, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Gülşən Quliyeva
Rəssam: Hüseyn Cavid İsmayılov, B.Qaflanov
Montaj edən: Lidiya Vyalsova
Rejissor assistenti: Z.Rəhimova
Rəssam assistenti: Məlahət Hümbətova
Operator assistenti: Ziya Xəqani
Redaktor: Çingiz Qaryağdı
Filmin direktoru: Məmməd Qurbanov

Filmi səsləndirən

Ramiz Əzizbəyli — siçan (Azərbaycan variantı) (titrlərdə yoxdur)

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər