T28

T28 və ya T28 Super Ağır Tankı İkinci Dünya Müharibəsi zamanı Amerika Birləşmiş Ştatları Ordusu tərəfindən istifadə üçün nəzərdə tutulmuş olan super ağır tankdır. Siegfried Xəttində almanlara qarşı istifadə edilmək üçün nəzərdə tutulsa da, daha sonra müharibənin sonrakı mərhələlərində Sakit okean cəbhəsində Yaponiyaya qarşı istifadə edilməsi də planlaşdırılmışdır.

T28
TipiSuper ağır tank
Ölkə
İstehsal tarixçəsi
Konstruksiya tarixi1945
İstehsalçıPacific Car and Foundry (ABŞ)
İstehsal illəri1945
İstehsal sayı2 ədəd
Xüsusiyyətləri
Ağırlığı86,2 ton
Zireh50,8 - 305 mm
MühərrikFord GAF V-8 benzinli
Mühərrik gücü500 a.g. (372 kW)
Əsas silah105 mm T5E1
Köməkçi silahM2 Browning
Uzunluğu
  • 11,1 m
Eni4,39 m
Hündürlüyü2,84 m
Ekipaj4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

86 tonluq T28 Super ağır tankı əvvəlcə ağır tank kimi dizayn edilmişdir. 1945-ci ilin axırlarına doğru T95 özüyeriyən artilleriya sistemi kimi yenidən adlandırılmış və 1946-cı ildə isə adı T28 Super ağır tankı olaraq təyin olunmuşdur. Tankın hərəkət mənzili 160 km olub, maksimum sürəti saatda 13 km təşkil etmişdir.

Layihə ləğv edilənə qədər cəmisi 2 ədəd prototipi istehsal edilmişdir. Tankın qabaq hissəsində olan 305 mm-lik zirehi onun müharibələr zamanı Üçüncü Reyxin ordusu olan Vermaxtın əsas tank əleyhinə silahlarından biri olan məşhur 8,8 sm KwK 43 kimi ağır topuna qarşı etibarlı müdafiə təmin edirdi.[1]

Həmçinin bax

İstinadlar