Təzə evlənənlər üçün çətir

(Təzə evlənənlər üçün çətir (film, 1986) səhifəsindən istiqamətləndirilmişdir)

"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur.

Təzə evlənənlər üçün çətir
rus. Зонтик для новобрачных
Janrmelodram
RejissorRodion Naxapetov
ProdüserVladimir Klimenko
Ssenari müəllifiRamiz Fətəliyev
Baş rollardaAleksey Batalov
Niyole Ojelite
Vera Qlaqolyeva
Nikita Mixaylovski
OperatorVladimir Şevsik
Bəstəkarİsaak Şvars
RəssamYuri Kladiyenko
İstehsalçıMosfilm
İlk baxış tarixi13 oktyabr 1986, SSRİ
Filmin növütammetrajlı bədii film
Müddət84 dəqiqə
ÖlkələrSSRİ SSRİ
Dilrus dili
İl1986
Texniki məlumatlar"Svema" kinolenti
(Şostka kimya kombinatı)
Rəngrəngli
IMDbID0092300

Məzmun

Filmdəki hadisələr Sudak şəhərində,[1] Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır.

Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət.

Tətil başa çatır. Zoya və Tolya çıxıb gedirlər. Bu məqamda məlum olur ki, Dmitrinin asudə və dinc ailə həyatı gerçək deyil. Əslində o, başqa bir qadınla nikahdadır və uzun illər ərzində xəlvəti əsl sevgilisi ilə görüşür.

Bir neçə ay keçir. Vera istirahətdə tanış olduqları həmin gənclərdən teleqram alır. Zoya və Tolya Yeni il bayramını birlikdə qarşılamaq üçün onlara qonaq gəlməyə hazırlaşırlar. Vera gənclərin gözündə yaranmış idealı dağıtmaq istəmir və onların qarşısında yenidən xoşbəxt ailə rolunu oynamaq üçün Dmitrini razı salır.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi : Ramiz Fətəliyev
Quruluşçu rejissor : Rodion Naxapetov
Quruluşçu operator : Vladimir Şevsik
Quruluşçu rəssam : Yuri Kladiyenko
Bəstəkar : İsaak Şvars
Geyim rəssamı : N. İvanova
Montaj edən : Polina Skaçkova
Qrim rəssamı : İ. Morozova
Filmin direktoru : Vladimir Klimenko

Rollarda

AktyorRol
Aleksey BatalovDmitri Pavloviç Kraskov
Niyole OjeliteVera İvanovna
Vera QlaqolyevaZoya
Nikita MixaylovskiTolya
Vyaçeslav YezyepovYuri Daniloviç
İqor NefyodovQoşa
Alla MeşşeryakovaKraskovun arvadı
Qalina PetrovaLida (Veranın rəfiqəsi)
Qalina DeminaVeranın anası
Vladimir NosikFrolikov

Epizodlarda

Valentina Berezuskaya – qatar bələdçisi
Anatoli Vedenkin – Gena
Lidiya Starokolseva – laborant
L. Seridova
Vasili Funtikov – yol polisi
Larisa Husnulina – qatar bələdçisi
Yuri Şumilo – milis
Dima Yepişin – Styopa
Paşa Sanayev – Dima
Petya Yanqlyayev – Lyoşa

Filmi səsləndirənlər

İnna Çurikova – Vera İvanovna (Niyole Ojelite) (titrlərdə yoxdur)

Prokat

Buraxılış

  • 1999 — "Mosfilmin ən məşhur filmləri" (rus. Популярные ленты «Мосфильма») seriyasından VHS. "Крупный план"
  • 2005 — "Rus klassikləri" (alm. Russische Klassiker‎) seriyasından DVD. Icestorm
  • 2006 — "XX əsr sovet kinosu" (rus. Отечественное кино XX века) seriyasından DVD. "Крупный план"

Azərbaycan dilinə dublyajı

Film 1987-ci ildə "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan dilində dublyaj edilmişdir.[5]

Dublyajın rejissoru : Elxan Qasımov
Səs operatoru : Paşa İbrahimov
Azərbaycan dilinə tərcümə : Mailə Muradxanlı
Dublyajın redaktoru : Həsən Əliyev
Filmi səsləndirənlər : Rasim Balayev (Dmitri Kraskov), Nəcibə Hüseynova (Vera İvanovna), Sona Mikayılova (Zoya), Ramiz Əzizbəyli (Tolya)

İstinadlar

Xarici keçidlər