Təməl Kotil

Təməl Kotil (türk. Temel Kotil; 3 dekabr 1959, Rizə, Rizə ili) — Türkiyə aviasiya mühəndisi. O, hal-hazırda Türk Aerokosmik Sənayesi şirkətinin baş direktorudur . Kotil bundan əvvəl 2005-ci ilin aprelindən 2016-cı ilin oktyabrına qədər Türk Hava Yollarının baş direktoru vəzifəsində çalışmışdır.[1]

Təməl Kotil
Doğum tarixi3 dekabr 1959(1959-12-03) (64 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyətimühəndis, sahibkar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1991-ci ildə Türkiyəyə qayıtdıqdan sonra İstanbul Texniki Universitetində Aviasiya mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Təyyarələrin dizaynı, struktur mexanikası və qabaqcıl hesablama mexanikası laboratoriyalarını qurmuş və onlara rəhbərlik etmişdir. Eyni zamanda, Kotilə idarənin kompüter mərkəzinin müdiri vəzifəsi də tapşırılmışdır. 1994–1997-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsində texniki şöbə müdiri vəzifəsində çalışmışdır. 2002–2003-cü illər arasında Nyu-Yorkda "Advance Innovative Technologies Inc."də Tədqiqat, Planlaşdırma və Koordinasiya Departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2003-cü ildə Türkiyəyə qayıtmış və Türk Hava Yollarında texniki işlər üzrə icraçı vitse-prezident vəzifəsində işə götürülmüşdür. 2005-ci ilin aprel ayında Kotil Türkiyənin aviaşirkətin baş direktoru vəzifəsinə təyin edilmişdir. Kotil 2016-cı ilin oktyabrında Türk Hava Yollarının baş direktoru vəzifəsindən istefa vermiş və onun yerinə Bilal Əkşi keçmişdir.[2]

Kotil 1991-ci ildən Türk Maşınqayırma Cəmiyyətinin və 2006-cı ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının İdarə Heyətinin üzvüdür. 2010-cu ildə Avropa Hava Yolları Assosiasiyasının (AEA) Rəhbərlər Şurası seçilmiş və 2012–2013-cü illər arasında vitse-prezident olmuşdur.[3] 1 yanvar 2014-cü ildə Kotil AEA-nın prezidenti olmuşdur.[4]

Mükafatlar

  • 2014 Aviaşirkət Strategiya Mükafatları – İcraçı Liderlik mükafatı.[5][6]

İstinadlar

Xarici keçidlər