Təklə Baqrationi

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Təklə Baqrationi
Doğum tarixi1776
Doğum yeri
Vəfat tarixi11 mart 1846(1846-03-11)
Vəfat yeri
Dəfn yeri
Uşaqları
AtasıII İrakli
Fəaliyyətişair, yazıçı, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təklə Baqrationi (gürc. თეკლე; 1776, Kartli-Kaxetiya krallığı11 mart 1846, Tiflis) — Gürcü şairə. Baqrationilər sülaləsinin nümayəndəsi və Kartli-Kaxetiya çarlığının knyazqinası.

Təklə 1776-cı ildə anadan olmuşdur. Atası Kartli-Kaxetiya çarı II İrakli, anası isə Dadianilər sülaləsindən olan Darican Dadianidir. Döyüşkən xarakterinə görə ona "Təklə-oğlan" (gürc. თეკლე-ბიჭ) ləqəbi verilmişdir. O, 7 sentyabr 1800-cü ildə Gürcüstanın məşhur sülaləsi Orbelianilərdən olan Saqareco hakimi knyaz Vaxtanq Orbeliani ilə evlənmişdir. Bu evlilikdən Aleksandr, Nikoloz, Dimitri və Vaxtanq adlı uşaqları olmuşdur.[1][2]

1801-ci ildə Karli-Kaxetiya çarlığının Rusiya imperiyası tərəfindən ilhaq edilməsindən sonra, digər gürcü zadəganlarından fərqli olaraq Təklə Kartli-Kaxetiyadan çıxarılmamışdır. Həmçinin Rusiya höküməti tərəfindən "Müqəddəs Yekaterina ordeni"nin "Kiçik Xaçı" ilə təltif edilmişdir. Həyat yoldaşı Vaxtanq Orbeliani Rusiya ordusunda hərbi xidmətə başladı və polkovnik hərbi rütbəsi ilə təltif edildi. Vaxtanq 1812-c ildə Kaxetidə qalxmış üsyana qarşı mübarizə apararkən həlak olmuşdur. Bacıları Məryəm və Ketevan kimi şairə olan Təklə itirilmiş çarlıqları (Kartli-Kaxetiya çarlığı) haqqında kədərli şeirlər yazmışdır. Günümüzə qədər gəlib çatan çatan əsərlərindən "Knyazqina Ketevana cavab olaraq" (gürc. პასუხად ქეთევან ბატონიშვილს) adlı şeiri bu qəbildəndir.[3] Həmçinin oğulları Aleksandr və Vaxtanq Orbeliani də şair fəaliyyəti ilə məşğul olmuşdur.

1832-ci ildə Təklənin Tiflisdəki evi Rusiya hakimiyyətindən narazı olan gürcü zadəganlarının və ziyalılarının toplaşma məkanına çevrilmişdir. Müstəqil Gürcüstan çarlığının bərpası üçün planlaşdırılmış sui-qəsd cəhdi əyanlardan birinin hakimiyyət rəsmilərinə məlumat verməsi nəticəsində ifşa edildi və sui-qəsdçilər həbsə atıldılar (bax: Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)).[4] Sui-qəsdçiləri dəstək verməsi səbəbindən Təklə 1 oktyabr 1834-cü ildən — 6 may 1835-ci ilə qədər Kaluqaya sürgün edildi.

Təklə 11 mart 1846-cı ildə Tiflis şəhərində vəfat etdi. O, Msxetadakı Svetitsxoveli kafedralında dəfn edildi.

  • მიქაძე გ., ქართული საბჭოთა ენციკლოპედია, ტ. 4, გვ. 644, თბ. 1979 წელი.

Naviqasiya menyusu