Türyançay

Türyançay - Kürün sol qolu. Baş Qafqaz silsiləsinin cənub yamacından axaraq, süni kanal vasitəsilə Kürə tökülür. Qəbələ, Ucar, AğdaşZərdab rayonları ərazisindən axır.

Türyançay
azərb. Türyançay
Ölkə Azərbaycan
Rayonlar
MənbəyiBazardüzü dağı
 • Yüksəkliyi3680 m
MənsəbiKür
Uzunluğu180 km
Su sərfi15,8 m³/san
Su sistemiKür/Xəzər dənizi
Su hövzəsiXəzər dənizi
Hövzəsinin sahəsi1840 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Uzunluğu 180 km, hövzəsinin sahəsi 1840 km²-dir. Başlanğıcını Bazardüzü dağın cənub-qərb yamacından (3680 m) alır. Başlıca qolları -soldan Tikanlı (uzunluğu 56 km), Bum (uzunluğu 51 km), sağdan isə Nəzər (uzunluğu 34 km), Qala.(uzunluğu 42 km) çaylarıdır. Axımı qar (18%), yağış (21%) və yeraltı (61%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları, payız fəslində isə yağış suları çayda böyük daşqınlar əmələ gətirir. Daşqın dövründə (aprel-iyul aylarında) illik axımının 50-60%-i keçir. Çayda ən az su sərfi yanvar ayında müşahidə edilir.Çayın orta illik sərfi 15,8 kub m/san-dir. Bunun da 30%-i yazda, 25%-i yayda, 24%-i payızda, 21%-i isə. qışda keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 12%-i axıdılır. Asılı gətirmələrin illik həcminə körə Turyançay Böyük Qafqaz çayları sırasında müstəsnalıq təşkil edir. Belə ki, asılı gətirmələrin orta çoxillik sərfi 49,7 kq/san və ya orta hesabla Şirvan düzünə bir ildə 2 milyon tona qədər lil aparır. Güclü yağışlar zamanı bu miqdar kəskin surətdə artır.

Bozdağ silsiləsindən aşağı Türyançay bir çox qollara ayrılır. Suyu suvarma kanallarına axıdılaraq Ucar, Ağdaş və Zərdab rayonlarının əkin sahələrinin suvarılmasında geniş istifadə edilir. Tez-tez güclü sel hadisələri baş verir.

Çayın üzərində SES tikilmişdir.

Mənbə

Həmçinin bax