Türkiyənin konstitusiya tarixi

Türkiyənin konstitusiya tarixi — 1876-cı ildə Osmanlı İmperiyasının ilk əsas qanununun qəbulu ilə başlayan Türkiyə hüquq tarixindəki dövr. Türkiyə Cümhuriyyətinin müasir konstitusiyası 1921-ci ildə təsdiqləndi, sonra 1924, 1961, 1982-ci illərdə və ən sonuncu dəfə 2010-cu ildə dəyişiliklər əlavə olunmuşdur.[1] 2000-ci illərdə Türkiyənin Avropa Birliyinə üzv olmaq üçün siyasi meyarlara uyğun gəlməsinə imkan verən başqa bir konstitusiya dəyişilikliyi ilə bağlı məsələ yenidən qaldırıldı.[2][3] Nəticədə, 2010-cu ildə konstitusiya referendumu keçirildi və yeni düzəlişlər təsdiqləndi.

1876-cı il Osmanlı Konstitusiyası
İlk Osmanlı Məclisinin açılışı, (Meclis-i Umumî), 1877.

2005-ci ildən bəri Ədalət və İnkişaf Partiyası Türkiyənin parlament idarəetmə formasından prezident respublikasına keçməsi üçün kampaniya aparırdı. 16 aprel 2017-ci il tarixində Konstitusiya referendumu keçirildi və seçicilərin çoxusu prezident respublikasının qurulması, baş nazir vəzifəsinin ləğvi, parlament üzvləri sayının artırılması və Hakimlər və Prokurorlar Şurasında islahatların başlamasına səs verdi.[4][5]

Mərhələləri

  • 1808: II Mahmudun dövründə Ələmdar Mustafa Paşa tərəfindən hazırlanan Sened-i İttifak, 29 sentyabrda Rumeli və Anadolu liderləri ilə Osmanlı dövləti arasında imzalanmışdır ki, mərkəzi hakimiyyət əyalətlərə hakim olsun.
  • 1839: Mustafa Rəşid paşa tərəfindən noyabrın 3-də Əbdülməcid dövründə hazırlanmış Tanzimat fərmanı qəbul edildi.
  • 1856: 1856-cı il tarixli Osmanlı İslahat fərmanı, Tanzimat fərmanını tamamladı və gücləndirdi.
  • 1876: Osmanlı Konstitusiyası qəbul edildi və imperiyanın Birinci Məşrutiyyət dövrünü (1876–78) başlatdı.
  • 1909: Osmanlı İmperatorluğunda İkinci Məşrutiyyət dövrü (1908-20) başladı, 1876-cı il Konstitusiyasına düzəlişlər edildi; konstitusiya parlament monarxiyası bərpa edildi, iki palatalı parlament yaradıldı, çoxpartiyalı sistem tətbiq olundu.
  • 1921: Türkiyə Cümhuriyyətinin ilk konstitusiyası qəbul olundu; milli suverenlik prinsipi elan edildi, bir palatalı parlament (Türkiyə Böyük Millət Məclisi) təqdim edildi, monarxiya rəsmi şəkildə ləğv edilməsə də faktiki olaraq Türkiyə respublika oldu.
  • 1924: Konstitutsiyada dəyişiliklər edildi: monarxiya ləğv olundu, Türkiyədə respublika elan olundu.
  • 1961: Konstitutsiyada dəyişiliklər edildi: hakimiyyət və bəzi vətəndaş hüquqlarının bölgüsü prinsipi elan olundular; yuxarı parlament palatası, Senat və Konstitusiya Məhkəməsi tətbiq olundu; İcra Hakimiyyətinin səlahiyyətləri genişləndirildi.
  • 1982: konstitusiyanın yeni versiyası; hərbi rejimdən demokratik respublikaya keçid tənzimləndi, Senat ləğv edildi, ölkə bir palatalı parlamentə qayıtdı.
  • 2010: 1982-ci il Konstitusiyasına Türkiyə qanunlarının Avropa Birliyi standartlarına uyğunlaşdırılması məqsədi ilə düzəlişlər qəbul edildi.
  • 2017: 1982-ci il konstitusiyasına düzəlişlər; prezident respublikası elan olundu; Baş Nazir vəzifəsi ləğv olundu.

İstinadlar

Ədəbiyyat

  • Yılmaz, Faruk. Türkiye'de Anayasal Gelişmeler ve Özellikleri. Ankara: Net Yayınları. 2016.
  • Bozkurt, Gülnihal. Devleti'nden Türkiye Cumhuriyeti'ne resepsiyon süreci (1839-1939). Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Türk Tarih Kurumu yayınları. Ankara: Türk Tarih Kurumu. 1996. ISBN 975-16-0702-7.