Türkiyə siyasətində qadınlar

Müasir dövrdə Türkiyədəki qadınlar milli siyasətdə fəal iştirak edirlər və Türkiyə Böyük Millət Məclisində qadınların sayı son seçkilərdə daim artmaqdadır.

Tarixi

Birinci Dünya müharibəsi qurtardıqdan sonra Osmanlı İmperiyasının süqut etdikdən sonra 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti yaradıldı. Yeni yaradılan hökumət ilk dəfə olaraq qadınlara bir çox siyasi haqqlar verir. Osmanlı imperiyası dövründə şahzadələrin analarının, sultanların həyat yoldaşlarının düşüncələrinə xüsusi fikir verilirdi. Həmçinin onlar böyük nüfuza malik idilər, amma buna baxmayaraq onların qanuni olaraq mövqeləri təsdiqlənməmişdir. Yəni onların siyasi haqqı yox idi. Başqa sözlə desək xalqdan və ya hər hansı mövqeyə malik olan qadınlarda belə siyasətə qarışma haqqı mövcud deyildi.

Qadınların siyasətdəki seçmə və seçilmə hüququ yenə də Osmanlı imperiyasının son dövrlərində verilməyə başladı. Nezihe Muhittin adlı bir qadın 1923-cü ildə iyun ayında Türkiyənin ilk qadın partiyasını qurdu. Həmin dövrdə Cumhuriyyət hələ tam elan edilməmiş, bu səbəbdən də onun heç bir hüquq və ya qanuni dayağı olmamışdır.

Mustafa Kamal Atatürkün prezident seçildikdən sonra onun ilk gördüyü iş qadınların cəmiyyətdə mövqeyini qaldırmaq idi. 1926-cı ildə mövcud olan qanun ləğv edildi. 1930–34-cü illərdə artıq qadınların ümumi seçkilərdə seçmə və seçilmə hüququ qazandı. Bu dünyada o cümlədən də Avropa qadınlarının seçilmə hüququndan çox əvvəl olmuşdur.[1][2]

Siyasi rollar

Prezidentlər

2018-ci ildə etibarən Türkiyə Cümhuriyyətində heç bir qadın prezident və ya dövlət başçısı olmamışdır.

Baş nazirlər

Tansu Çillər Türk iqtisadçı və akademik olmuşdur. 1990-cı ilinin noyabr ayında Demokrat Partiyasının seçilməklə öz siyasi həyatına başlamışdır. 13 iyun 1993-cü ildə bu partiyanın ümumi başçısı, həmin ilin 25 iyunda isə yeni yaradılan hökumətin nazir vəzifəsinə seçilmişdir. 6 mart 1996-cı il tarixininə qədər təxminən 3 il bu vəzifədə çalışmışdır. Çillər 2018-ci ildən etibarən ölkənin ilk və tək qadın baş naziridir[3].[4]

Nazirlər

Türkiyə Cumhuriyyət ilk qadın naziri 1971-ci ildə Nihat Erim başçılığında qurulan hökumətin Səhiyyə naziri Türkan Akyol olmuşdur. Müxtəlif dövrlərdə qadın nazirlər:

AdıNazirlikPartiyası
Türkan AkyolTürkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyi (1971)

Türkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (1992–1993)

Bağımsız SHP
Nərmin NeftçiTürkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi (1974–1975)CGP
İmren AykutTürkiyə Cümhuriyyəti Ailə, İşləmə və Siyasi Xidmətlər Nazirliyi (1987–1991)

Türkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (1991–1996)Türkiyə Cümhuriyyəti Şəhər Nazirliyi (1997–1999)

ANAP
Gülər İləriTürkiyə Cümhuriyyəti Dövlət Nazirlyi (1991–1993)SHP
Aysəl BaykalTürkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (1995)CHP
Önay AlpagoTürkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (1994–1995)SHP
Işılay SaygınTürkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (1995–1996)

Türkiyə Cümhuriyyəti Şəhər Nazirliyi (1996)Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi (1996)

DYP
Ayfer YılmazTürkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (1996–1997)DYP
Tansu ÇillerTürkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi (1996–1997)DYP
Meral AkşenerTürkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi (1996–1997)DYP
Tayyibe GülekTürkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (1999–2002)DSP
Melda BayerTürkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (1999–2002)DSP
Aysel ÇelikelTürkiyə Cümhuriyyəti Nazirliyi (2002)Bağımsız
Güldal AkşitTürkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi (2002–2003)

Türkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (2003–2007)

AKP
Nimet BaşTürkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (2003–2007)

Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyi (2009–2011)

AKP
Selma Aliye KavafTürkiyə Cümhuriyyəti Dövlət Nazirliyi (2009–2011)AKP
Fatma ŞahinTürkiyə Cümhuriyyəti Ailə, İşləmə və Siyasi Xidmətlər Nazirliyi (2011–2013)AKP
Ayşenur İslamTürkiyə Cümhuriyyəti Ailə, İşləmə və Siyasi Xidmətlər Nazirliyi (2013–2015)AKP
Ayşen GürcanTürkiyə Cümhuriyyəti Ailə, İşləmə və Siyasi Xidmətlər Nazirliyi (2015)Bağımsız
Beril DedeoğluTürkiyə Cümhuriyyəti Avropa Birliği Nazirliyi (2015)Bağımsız
Fatma Betül Sayan KayaTürkiyə Cümhuriyyəti Ailə, İşləmə və Siyasi Xidmətlər Nazirliyi (2016–2018)AKP
Jülide SarıeroğluTürkiyə Cümhuriyyəti Ailə, İşləmə və Siyasi Xidmətlər Nazirliyi (2017–2018)AKP
Zehra Zümrüt SelçukTürkiyə Cümhuriyyəti Ailə, İşləmə və Siyasi Xidmətlər Nazirliyi (2018–)Bağımsız

Cumhuriyyət Senatorun namizədləri

1961–1980-ci illərdə Türkiyədə Cumhuriyyət Senatı adlı dövlət qurumu fəaliyyət göstərirdi. Burada xidmət göstərən qadınlar aşağıdakılardır:

  • Mebrure Aksoley, CHP (1964–1973)[5]
  • Fatma Hikmet İşmen, TİP (1966–1975)[6]
  • Bahriye Üçok, (1971–1976)[7]
  • Nermin Abadan Unat, (1978–1980)[8]
  • Aysel Baykal , CHP (1979–1980)[9]

Parlament sədr müavinləri

Hazırkı dövrə qədər heç bir qadın parlament sədri olmamışdır. Ancaq buna baxmayaraq bir sıra siyasətçi parlament sədrinin müavinləri olmuşdur. 1972-ci ildə Türkiyə Cümhuriyyətində ilk qadın parlament sədr müavini CGP-nın millət vəkili Nərmin Neftçi olmuşdur[10]. Başqa sədr müavinləri 2007–2015-ci illər arasında xidmət göstərən Meral Akşenər və CXP-nin nümayəndəsi Güldal Mumcu olmuşdur[11]. 2011-ci ildə isə AK Parti millət vəkili Ayşe Nur Bahçekapılı bu vəzifəni daşımışdır.[12].

Millət vəkilləri

8 fevral 1935-ci il tarixində keçirilən ümumi seçkilərdə həm Cumhuriyyət, həm də Türk tarixində ilk dəfə qadınlar seçmə və seçilmə haqqı verilmişdir. Bu seçkilərdə Mebrure Gönenç, Sabiha Gökçül Erbay, Şekibe İnsel, Huriye Baha Öniz, Fatma Şakir Memik, Nakiye Elgün, Fakihe Öymen, Hatı Çırpan, Ferruh Güpgüp, Bahire Bediş Morova Aydilek, Mihri Pektaş, Meliha Ulaş, Fatma Esma Nayman, Sabiha Görkey, Seniha Hızal, Benal Nevzat İstar Arıman və Türkan Örs Baştuğ millət vəkilləri seçildi. Bu 18 qadın arasında ən çox diqqət çəkən isə Satı Qadın kimi də tanınan Hatı Çırpan olmuşdur[13].

1935–1991-ci illərdəki seçkilər

1935-ci ildən sonra keçirilən bütün seçkilərdən qadınların məclisdəki sayları aşağı düşməyə başladı.1954-cü ildə sadəcə iki qadın məclisə seçilmiş və bu da tarixə qadınların seçmə və seçilmə haqqlarının verildiyindən bəri məclis ən az qadının seçildiyi seçkilər oldu[10].

İlQadın millət vəkillərinin sayıFaizlə
193518%4.6
193915%3.8
194316%3.7
19469%2
19503%0.6
19542%0.7
19577%1.3
19613%0.7
19658%1.8
19695%1.1
19736%1.3
19774%0.9
198312%3
19876%1.3
19918%1.8

1995–2015 seçkilər

1995-ci ildən sonra məclisdəki qadınların sayında artım hiss olundu. 2002-ci ilinə qədər millət vəkili seçimlərində qadınların sayı 1935-ci ildəki seçimlərə çata bilməmişdir[14].

İlQadın millət vəkillərinin sayıFaizlə
199513%2.4
199922%4
200224%4.4
200746%9
201178%14
201597%17.7
201582%14.9

Partiya sədrləri

Türkiyənin siyasi həyatında ilk partiya lideri Behice Boran idi. 1970-ci ildə partiyanın başçısı seçilmişdir. Bu vəzifə 12 sentyabr Siyasi inqilabdan sonra bütün siyasi partiyalar bağlandı. Bu dövrdə ümumi nazir qadınlar aşağıdakılardır:[15]

  • Mübeccel Göktuna (1915–1999), Türkiyə Ulusal Qadınlar Partiyası (1972–1981) nazir
  • Tansu Çiller (1946), Demokrat Partiyası (1993–2002) nazir və iqtidar partiyası adına Türkiyə Cümhuriyyəti baş nazir
  • Rahşan Ecevit (1923), Demokratik Sol Xalq Partiyası (2010) qurucusu və ümumi nazir
  • Nesrin Nas (1958), Anavatan Partiyası (2003–2004) ümumi nazir
  • Filiz Koçali (1958), Sosyalist Demokrasi Partiyası ümumi nazir
  • Gültan Kışanak (1961), Barış ve Demokrasi Partiyası (2011–2014) nazirin həyat yoldaşı
  • Figen Yüksekdağ (1971), Halkların Demokratik Partiyası (2012– günümüz) nazirin həyat yoldaşı
  • Emine Ülker Tarhan (1963), Anadolu Partiyası (2014–günümüz) qurucusu və ümumi nazir
  • Benal Yazgan, Qadın Partiyası (2014–günümüz) ümumi nazir
  • Meral Akşener (1956), İyi Partiyası (2017–günümüz) qurucusu və ümumi nazir

Fraksiya sərdləri

Türkiyə Cümhuriyyətinin Konstitusiyasına əsasən məclisdə fraksiya qurmaq üçün 20 nəfərdən artıq deputat olmalıdır. Hər partiyadan 1–3 nəfərə seçilmək hüququ vardır. Qrup sədrləri, digər siyasi partiyaların və məclis idarəçiləri söz haqqları vardır. Məclisin ilk Türk qadın qrup vəkili 1996–1999-cu illər arasında CHP-də işləmiş Oya Araslıdır.[16][17]

İstinadlar