Tülkü həccə gedir (film, 1971)

Bu məqalə "Tülkü həccə gedir" cizgi filmi haqqındadır. Digər mənalar üçün Tülkü həccə gedir (dəqiqləşdirmə) səhifəsinə baxın.
Tülkü həccə gedir
Janrfaciəvi komediya
uşaq
RejissorlarNazim Məmmədov
Bəhmən Əliyev
Əsərin müəllifiAbdulla Şaiq (titrlərdə yoxdur)
Ssenari müəllifiEyvaz Borçalı
OperatorAleksandr Milov
BəstəkarAqşin Əlizadə
RəssamlarBəhmən Əliyev
Nazim Məmmədov
İstehsalçı"Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi1971
Filmin növüqısametrajlı cizgi filmi
Müddət9,5 dəq
ÖlkələrSSRİ SSRİ
Dilazərbaycanca
Texniki məlumatlar1 hissə
280 metr
35 mm
Rəngrəngli

Məzmun

Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır.

Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.[1]

Film haqqında

Applikasiya filmidir.

Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır.

Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur)
Ssenari müəllifi: Eyvaz Borçalı
Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev
Operator: Aleksandr Milov
Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov
Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov
Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Kamal Seyidov
Redaktor: Ədhəm Qulubəyov
Filmin direktoru: İbrahim Səfərov[2]

Filmi səsləndirənlər

Hüseynağa Sadıqov — xoruz
Ağaxan Salmanov — tülkü
Firəngiz Şərifova — toyuq
Ş.Bağırova
S.Babayeva
A.Rzayev

Mənbə

  • “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

İstinadlar

Xarici keçidlər