Səncər qəzası

Səncər qəzası (ərəb. قضاء سنجار‎) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Səncər şəhəridir.

Səncər qəzası
Şengal
36°19′21″ şm. e. 41°51′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 2.928 km²
Əhalisi
Əhalisi
  • 200.000 nəf.
Xəritəni göstər/gizlə
Səncər qəzası xəritədə
Səncər qəzası
Səncər qəzası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisi

2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.928 km² ərazini əhatə edir.[1][2]

İnzibati-ərazi bölgüsü

İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Səncər nahiyyəsi (ərəbcə: ناحية سنجار)[3], Şimal nahiyyəsi (ərəbcə: ناحية الشمال) və Kayrəvən nahiyyəsi (ərəbcə: ناحية القيروان).

Əhalisi

10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Səncər qəzasının əhalisi 271.457 nəfər olmuşdur.[4] Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır.[5] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Səncər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 8,74%-ni təşkil edirdi.[4]

Etnik tərkibi

Qəzada əhali əsasən yezidilərdən, qismən ərəblərdəntürkmanlardan, az sayda isə xaldeylərdən ibarətdir.[6] Yezidilər Səncər və Şimal nahiyyələrində əhalinin yarıdan çoxunu təşkil edirlər, Kayrəvən nahiyyəsində isə əhalinin çoxu ərəblərdəntürkmanlardan ibarətdir.[6] Yezidilər və ərəblər qəzanın hər üç nahiyyəsində, türkmanlar isə yalnız Səncər və Kayrəvən nahiyyələrində məskundurlar.[6] Qəzadakı ən iri türkman yaşayış məntəqələri Meydanqulu (ərəbcə: ميدان قولي)[7], Sibate, Sino və Telali (ərəbcə: تل علي)[8] kəndləridir.[9]

Danışılan dillər

Qəzada yaşayan əhali əsasən kürd dilində, qismən isə ərəbazərbaycan dillərində danışır.

İstinadlar