Stefanos Evangelu

Stefanos Evangelu (yun. Στέφανος Ευαγγέλου; 12 may 1998[1][2], Afina[3]) — Yunanıstan futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın müdafiəçisi.

Stefanos Evangelu
Ümumi məlumatlar
Doğum tarixi12 may 1998(1998-05-12)[1][2] (26 yaş)
Doğum yeri
Çəkisi75 kq
Mövqeyiyarımmüdafiəçi

Karyera

Stefanos Evangelou "Panatinaikos"un yetirməsidir. O, 2016/17 mövsümündə əsas komanda ilə məşqlərə başlamışdır. Evangelou 15 yanvar 2017-ci ildə Yunanıstan çempionatında "AEK" ilə qarşılaşmada debüt etmiş, start heyətində meydana çıxmış və bütün matçı meydanda keçirmişdir.[4] Ümumilikdə debüt mövsümündə 8 görüş keçirib, onlardan yeddisində start heyətdə yer alıb.

Evangelu 2018-ci ilin may ayında Yunanıstanın digər klubu "Olimpiakos"la müqavilə imzalamışdır.[5]

Evangelu Yunanıstanın müxtəlif yaşlarda gənclər yığmalarının oyunçusu olmuşdur. O , 2015-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatında iştirak etmişdir.

İstinadlar