Soqen məbədi (Tokio)
Soqen məbədi (曹源寺, Soqen-ci?) və ya Kappa məbədi (かっぱ寺, Kappa-dera?) – Yaponiyanın Tokio şəhərinin Kappabaşi bölgəsində yerləşən buddist məbədi. Məbəd kappalarla olan əlaqəsinə görə tanınır.
Buddizm | |
Soqen məbədi | |
---|---|
![]() | |
Yerləşməsi | |
Ölkə | ![]() |
Şəhər | ![]() |
Rayon | Tayto |
Yeri | Kappabaşi |
Memarlıq | |
İnşa tarixi | XVII əsr |
Saytı | |
sogenji.jp | |
![]() |
Tarixi
Soqen məbədi XVII əsrdə qurulmuşdur.[1] Məbəd və məbədin yerləşdiyi bölgənin adı Kappa Kavataro[a] adlı yerli plaş tacirinin adından gəlir.[1] O, daşqınların qarşısını almaq üçün kanal tikintisinə pul ayırmışdır.[1]
Əfsanəyə görə kanalın tikintisi zamanı yüzlərlə kappa Sumida çayından gələrək Kavataroya kömək etmişdir.[1] Kavataro 1814-cü ildə öləndə Soqen məbədində dəfn olunmuş və məbəd bundan sonra Kappa məbədi kimi tanınmağa başlamışdır.[1]
Xüsusiyyətlər
Soqen məbədi Tokionun Tayto xüsusi rayonunun Asakusa rayonunun qərbində, Kappabaşi bölgəsində yerləşir.[1] Məbəddə bir çox kappa heykəlciyinə rast gəlmək mümkündür. Kappaların sevimli yeməyi xiyar hesab olunduğu üçün məbədin səcdəgahına tez-tez xiyarlar qoyurlar.[1] Xəzinə otağında kappalara aid qədim əlyazmalar və mumyalanmış kappa əli saxlanılır.[1]
Qalereya
- Kappa heykəlcikləri.
- Kappalar üçün qoyulmuş xiyarlar.
- Budda heykəli.
- Məbədin folklorundan bəhs edən lövhə.
Qeydlər
İstinadlar
Xarici keçidlər
- sogenji.jp — Soqen məbədinin rəsmi saytı