Skeletons (Dihaj mahnısı)

Skeletons (azərb. Skeletlər‎) - azərbaycanlı müğənni DiHaj tərəfindən ifa edilmiş mahnı. Müğənni bu mahnı ilə, Azərbaycanı Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[1] 11 mart 2017-ci ildə təqdim edilən mahnı, 15 mart 2017-ci ildə rəqəmsal yükləməyə çıxarılmışdır.[2] Mahnı, 2011-ci ildə Azərbaycana qələbə gətirmiş Running Scared mahnısının da müəllifləri olan İsa Məlikov və Sandra Byurman tərəfindən yazılmışdır.

Azərbaycan "Skeletons "
2017 Avroviziya Mahnı Müsabiqəsi mahnısı
ÖlkəAzərbaycan
Müğənni(lər)DiHaj
Dilİngiliscə
Bəstəkar(lar)İsa Məlikov və Sandra Byurman
Yarımfinal nəticəsi
YarımfinalI yarımfinal
Yeri8-ci
Xalı150
Final nəticəsi
Yeri14-cü
Xalı120
Xronologiya
◄ Miracle (2016)   
X My Heart (2018) ►

Avroviziya Mahnı Müsabiqəsində

DiHajın Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi 5 dekabr 2016-cı ildə təsdiqlənmişdir.[3][4] 11 mart 2017-ci ildə DiHajın ifa etdiyi "Skeletons" mahnısının musiqi videosu təqdim edilmişdir.[1] Müsabiqənin finalında Diana "Skeletons" mahnısı ilə 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 120 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.

Kompozisiyaların siyahısı

Digital download[5]
Başlıq Müddət
1. Skeletons 2:59
2. Skeletons (Karaoke Version) 2:59

Çıxarılma tarixi

RegionTarixFormatLeybl
Worldwide15 Mart 2017Dijital yükləməCAP-Sound

İstinadlar

Əvvəlki:
Səmra Rəhimli
"Miracle"
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
2017
Sonrakı:
Aysel Məmmədova
"X My Heart"