Sirab (Babək)

SirabNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi Qahab kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sirab kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]

Sirab
39°17′26″ şm. e. 45°30′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1.075 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sirab xəritədə
Sirab
Sirab

Toponimikası

Kəndin cənubundakı antik dövrə və orta əsrlərə aid yaşayış yeri və qəbir abidələri, kənddən şimal-qərbdəki Sarıdağda isə karst mağarası bu ərazinin qədim insan məskəni olduğundan xəbər verir. Xalq etimologiyasına görə bu toponim "baş su" (sərab) və ya "sirli su" (sirab) mənasındadır. Tədqiqatçılara görə isə fars dilindəki sir (bol, doymuş) və ab (su) sözlərinin birləşməsindən düzəlib "bol sulu, sudan doymuş" mənasındadır. Kəndin yaxınlığında 1979-cu ildə istifadəyə verilmiş Sirab su anbarı da var.[3]

Tarixi

Tarixi abidələri

Sirab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar №Abidənin adıTarixiYerləşdiyi ünvanNövüƏhəmiyyət dərəcəsi
1841Daşqala mağarası[4]Tunc dövrüSirab kəndiArxeolojiÖlkə
1842Sirab nekropolu[5]XII-XVII əsrlərSirab kəndiArxeolojiÖlkə
1843Sirab mədən yeri[6]e.ə. III–I minilliklərSirab kəndiArxeolojiÖlkə

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi

İlDaimi əhaliKişilərQadınlar
1999[7]249212841208
2009[8]↗3023↗1545↗1478

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə Sirab kənd tam orta məktəbi fəaliyyət göstərir.[9]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax