Sinofobiya

Sinofobiya (lat. Sinae - Çin və yun. φόβος/phobos - qorxu) — Çinə Çinlilərdə və ya Çin mədəniyyətinə qarşı duyğular.[1] Çinpərəstliyin (və ya sinofiliyanın) əksi.

Sinofob poster. Avstraliya, 1886

Bölgələrə görə

Şərqi Asiya

Honkonq

Honkonq suverenliyi Çinə 1997-ci ildə ötürülmüşdü. Halbuki, bəzi Honkonqlular özlərini Çinli kimi tanımırlar. 2014-cü ilin dekabr ayında Honkonq Universiteti tərəfindən aparılan sorğusunda iştrak edənlərin 42,3%-i özünü Honkonq vətəndaşı, 17,8%-i Çin vətəndaşı, 39,9%-i isə ikisi də olduğunu (Honkonq Çinlisi və ya Çində yaşayan Honkonqlu) dedilər.[2] Ötürülməkdən sonra, Honkonqu ziyarət edən kontinental Çinlilərin sayı artmağa başlayıb. 2011-ci ildə onların sayı 28 milyona çatmış. Kontinentdən gələn bəzilərin davranışı yerlilər tərəfindən mənfi qarşılanır. 2012-ci ildə bir sıra Honkonqlu qəzetdə reklam şəkildə kontinental Çinliləri şəyirtkə kimi göstərən karikatur çap etdilər.[3]

Koreya

Koreyanın Çin İmperiyasına qarşı həm müqavimət, həm də tabelik tarixi var. XIX əsrdə, qərbi imperializm gələnə kimi, Koreya Şərqi Asiyadaki mövcud olan sinosentrik bölgə düzümün hissəsi idi. Erkən 2000-ci illərdə, Çin ilə Koreya arasında, Koquryo Krallığının ikisi də özünə aid olduğunu iddia etdiklərinə görə, gərginlik yaranıb.[4]

VII əsrdə Koreyanın BekçeŞila krallığları Çinin Tan sülaləsi tərəfindən hücüm olunmuşlar. Bu iki etnik qrup arasında tarixi inciklik yaradıb.[5]

Mərkəzi Asiya

Qazaxıstan

2016-cı ildə Qazaxıstan torpaq islahata qarşı kütləvi etirazlar baş vermişdi. Etirazçılar torpağı çinlilərə kirayə verilməyinə qarşı idilər.[6][7]

İstinadlar