Sevak Xanağyan

musiqiçi

Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987[1], Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir.

Sevak Xanağyan
erm. Սևակ Խանաղյան
Ümumi məlumatlar
Doğum tarixi28 iyul 1987(1987-07-28)[1] (36 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, mahnı yazarı[d], musiqiçi
Fəaliyyət illəri2015-ci ildən
Janrlarpop musiqisi, caz
Musiqi alətləriklavişli alət[d]
Səs tembritenor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[2][3]

Həyatı

Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.

İstinadlar

Əvvəlki:
Artsvik
"Fly With Me"
Ermənistan Avroviziya Mahnı Müsabiqəsində
2018
Sonrakı:
Srbuk
"Walking Out"

Xarici keçidlər