Semih Şəntürk

Türk futbolçu

Semih Şentürk (29 aprel 1983, İzmir, Bornova) — Fənərbaxça klubunun və Türkiyə milli futbol komandasının hücumçusu. Adətən oyunlarda meydana ehtiyat oyunçu kimi çıxıb qol vurması ilə tanındığına görə "növbətçi qolçu" ləqəbini almışdır. 2007/2008-ci il mövsümü Futbol üzrə Türkiyə çempionatında 17 qol vuraraq qol kralı olmuşdur.

Semih Şəntürk
Ümumi məlumatlar
LəqəbiNövbətçi qolçu
Doğum tarixi (41 yaş)
Doğum yeriBornova, İzmir, Türkiyə
Vətəndaşlığı
Boyu183 sm
Çəkisi78 kq
Mövqeyihücumçu
Klub haqqında məlumat
KlubTürkiyə Fənərbaxça
Nömrəsi23
Karyerası
Klub karyerası[* 1]
1999—h.h.Türkiyə Fənərbaxça166 (54)
2001—2002 Türkiyə İzmirspor22 (3)
Milli yığma[* 2]
2006—h.h.Türkiyə Türkiyə27 (8)
Təltif və medalları
Avropa çempionatları
BürüncAvstriya/İsveçrə 2008

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Semih Şənturk 1999-cu ilin iyun ayında Türkiyə milli futbol komandasının (15 yaşlılar) heyətində ilk oyununu Rumıniya milli futbol komandasına (15 yaşlılar) qarşı keçirmişdir. Həmin ilin avqust ayında keçirilən "Gənclər arasında Balkan Çempionatı"nda 4 oyunda 8 qol vurmuşdur. Turniri izləyən Fənərbaxçanın gənclərdən ibarət komandasının baş məşqçisi Saraloğlu Yuqoslaviya milli futbol komandasının (15 yaşlılar) qapısına vurduğu 5 qolu gördükdən sonra onu 1999-cu ilin sentyabr ayında komandasının heyətinə dəvət etmişdir. Həmin il Futbol üzrə Türkiyə çempionatının ikinci dövrəsində Mustafa Dənizli tərəfindən Fənərbaxçanın əsas heyətinə cəlb olunmuşdur. Fənərbaxçada ilk rəsmi oyununu Siirtspora qarşı keçirmişdir. Bu oyunun son 15 dəqiqəsində meydana çıxmışdır. Futbol üzrə Türkiyə çempionatının 2001/2002 mövsümündə İzmirspora icarəyə verilmişdir.[1] 17 dekabr 2005-ci ildə Fənərbaxçanın heyətində Dənizlispora 4 cavabsız qol vurmaqla bu klubun tarixində bir oyunda 4 və daha artıq qol vuran 13-cü futbolçu olmuşdur. 13 dekabr 2006-cı ildə UEFA Kuboku çərçivəsində keçirilən və 2-2 ilə nəticələnən Fənərbaxça-Ayntraxt Frankfurt oyununun 75-ci dəqiqəsində meydana çıxmış, 79-cu dəqiqədə ilk sarı vərəqəsini almış, 82-ci dəqiqədə isə Fənərbaxçanın sonrakı mərhələyə keçməsini təmin edən qolu vurmuşdur. Həmin oyunun 91-ci dəqiqəsində ikinci sarı vərəqəsini alsa da hakim ona qırmızı vərəqə göstərməyi və meydandan uzaqlaşdırmağı unutduğuna görə təxminən 20 saniyə oyunu davam etdirmişdir. Amma sonra özü ikinci sarı vərəqə aldığını hakimə bildirmiş və bununla da oyunun nəticəsinin ləğvinə səbəb ola biləcək anlaşılmazlığı aradan qaldırmışdır. Futbol üzrə Türkiyə çempionatının 2007/2008 mövsümündə 17 qola imza ataraq mövsümün qol kralı olmuşdur. 6 avqust 2008-ci ildə Uefa Çempionlar Liqasının seçmə mərhələsində Fənərbaxçanın heyətində Macarıstanın MTK Budapeşt klubuna qarşı keçirdiyi cavab oyununda 4 qol vuraraq o zamana qədər Fətki Həpərin daşıdığı "Avropa Kuboku yarışlarında bir oyunda ən çox qol vuran türk futbolçu" adını almış və UEFA Çempionlar Liqasında bir oyunda 4 qol vuran ilk türk futbolçu olmuşdur[2].

Milli komanda karyerası

Türkiyə milli futbol komandasının heyətində ilk oyununu Futbol üzrə Avropa çempionatı 2008-in seçmə mərhələsi çərçivəsində 17 noyabr 2007-ci ildə Norveçə qarşı keçirmişdir. İlk qolunu Finlandiya milli futbol komandasına vurmuşdur. İkinci qolunu Futbol üzrə Avropa çempionatı 2008-də İsveçrə milli futbol komandasına qarşı keçirilən qrup oyununda bu komandanın qapısından keçirmişdir. 20 iyun 2008-ci ildə Futbol üzrə Avropa çempionatı 2008-in Türkiyə-Xorvatiya arasında keçirilən 1/4 final görüşündə 112-ci dəqiqədə qapıçı Rüştü Rəcbərin birbaşa rəqib komandanın qapıçı meydançasına göndərdiyi topu qapıdan keçirməklə oyunun hesabını bərabərləşdirmiş (1-1) və oyundan sonrakı penalti zərbələrinin vurulmasını təmin etmişdir. Bu qol həm də Futbol üzrə Avropa çempionatları tarixində oyunun ən sonlarında vurulmuş qol kimi qeydə alınmışdır. Penalti zərbələrindən sonra Türkiyə milli futbol komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Semih Şəntürk də bu penalti zərbələrindən birini uğurla yerinə yetirmişdir. Bundan sonra turnirdə Almaniya milli futbol komandasına qarşı keçirilən oyunda komandasının 2-ci qolunu vursa da bu qol Türkiyə yığmasını məğlubiyyətdən xilas edə bilməmişdir. Bununla belə Semih Şəntürk Futbol üzrə Avropa çempionatı 2008-də komandasının ən çox qol vuran futbolçusu olmuşdur.

Müvəffəqiyyətləri

  • Futbol üzrə Türkiyə çempionatı:2001,2004,2005,2007,2011
  • Türkiyə Süper Kuboku:2007,2009
  • Türkiye Kuboku:2012,2013

Milli komanda heyətində vurduğu qollar

#TarixYerRəqibHesabNəticəQarşılaşma
1.29 may 2008Duysburq, Almaniya Finlandiya2 – 02 – 0Yoldaşlıq görüşü
2.11 iyun 2008Bazel, İsveçrə İsveçrə1 – 12 – 1Futbol üzrə Avropa çempionatı 2008
3.20 iyun 2008Vyana, Avstriya Xorvatiya1 – 11 – 1Futbol üzrə Avropa çempionatı 2008
4.25 iyun 2008Bazel, İsveçrə Almaniya2 – 22 – 3Futbol üzrə Avropa çempionatı 2008

İstinadlar

Xarici keçidlər

Həmçinin bax