Sedat Balkanlı

Sedat Balkanlı (15 yanvar 1965[1], İstanbul29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub.

Sedat Balkanlı
Ümumi məlumatlar
Doğum tarixi15 yanvar 1965(1965-01-15)[1]
Doğum yeri
Vəfat tarixi29 aprel 2009(2009-04-29) (44 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyimüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1983—1988Türkiyə Qaziosmanpaşaspor? (?)
1988—1992Türkiyə Konyaspor47 (1)
1992—1994Türkiyə Bursaspor44 (3)
1994—1995Türkiyə Qalatasaray24 (6)
1995—1996Türkiyə Əskişəhərspor19 (0)
1996Türkiyə Fənərbaxça2 (0)
Milli yığma[* 2]
1993Türkiyə Türkiyə1 (1)

Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib. Ardından veteran futbolçunun gözlərindən başqa bütün orqanları sıradan çıxıb.

12 il xəstəlikdən əziyyət çəkən Balkanlı ömrünün son günlərini xüsusi tibbi avadanlıqların köməyi ilə keçirib.[2]

İstinadlar