Saturn (raket ailəsi)

Amerika raket ailəsi

Saturn Amerika raket ailəsi, əsasən, alman kosmik raket alimlərindən təşkil olunmuş, rəhbərliyində Verner fon Braunun olduğu komanda tərəfindən inkişaf etdirilmişdir. Saturn ailəsi yuxarı mərhələlərdə yanacaq kimi maye hidrogendən istifadə edirdi. İlk başda hərbi peyk raketi kimi təklif edilən bu raketlər daha sonra Apollon proqramı üçün daşıyıcı raket kimi formalaşdırıldı. Üç versiyasi tikilib və uçurulub: Orta daşıyıcı raket Saturn I, ağır daşıyıcı raket Saturn IB və çox ağır daşıyıcı raket Saturn V.

SA-9 (Saturn I Blok II)

Saturn adı fon Braun tərəfindən 1958-ci ilin oktyabrında təklif edilmişdi. Saturn adı Yupiter seriyalarının, o cümlədən Roma tanrısı Yupiterin iqtidar xələfi olduğu üçün verilmişdi.[1]

Prezident Con Kennedi SA-5 ilə ABŞ-nin SSRİ-nin Sputniki buraxmasından sonra geridə qaldığı qaldırma qabiliyyətində rəqibini üstələdiyini qeyd etmişdi.[2][3]

Saturn V bu günə qədər aşağı Yer orbitindən kənara insan daşıyan yeganə daşıyıcı raketdir. Ümumilikdə 24 kosmonavt 1968-ci ilin dekabrından 1972-ci ilin dekabrına qədər Aya səyahət etmişdir. Heç bir Saturn raketi uçuş zamanı katastrofik şəkildə uğursuz olmamışdı.[4]

Uçuşları

1965-ci ildə Saturnun aylar üzrə ümumi uçuşlarını göstərən qrafik
Saturnun uçuş tarixi [5]
PROQRAMRAKETMİSSİYAUÇUŞ TARİXİPLATFORMA
Saturn ISA-1SA-127 oktyabr 1961LC-34
Saturn ISA-2SA-225 aprel 196234
Saturn ISA-3SA-316 noyabr 196234
Saturn ISA-4SA-428 mart 196334
Saturn ISA-5SA-529 yanvar 1964LC-37B
Saturn ISA-6A-10128 may 196437B
Saturn ISA-7A-10218 sentyabr196437B
Saturn ISA-9A-10316 fevral 196537B
Saturn ISA-8A-10425 may 196537B
Saturn ISA-10A-10530 iyul 196537B
Saturn IBSA-201AS-20126 fevral 196634
Saturn IBSA-203AS-2035 iyul 196637B
Saturn IBSA-202AS-20225 avqust 196634
Saturn VSA-501Apollon 49 noyabr 1967LC-39A
Saturn IBSA-204Apollon 522 yanvar 196837B
Saturn VSA-502Apollon 64 aprel 196839A
Saturn IBSA-205Apollon 711 oktyabr 196834
Saturn VSA-503Apollon 821 dekabr196839A
Saturn VSA-504Apollon 93 mart 196939A
Saturn VSA-505Apollon 1018 may 1969LC-39B
Saturn VSA-506Apollon 1116 iyul 196939A
Saturn VSA-507Apollon 1214 noyabr 196939A
Saturn VSA-508Apollon 1311 aprel 197039A
Saturn VSA-509Apollon 1431 yanvar 197139A
Saturn VSA-510Apollon 1526 iyul 197139A
Saturn VSA-511Apollon 1616 aprel 197239A
Saturn VSA-512Apollon 177 dekabr 197239A
Saturn VSA-513Skylab 114 may 197339A
Saturn IBSA-206Skylab 225 may 197339B
Saturn IBSA-207Skylab 328 iyul 197339B
Saturn IBSA-208Skylab 416 noyabr 197339B
Saturn IBSA-210ASTPJul 15, 197539B

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər