San-Marino Avroviziya Mahnı Müsabiqəsində

Vikimedia kateqoriyası

San-Marino Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2008-ci ildə qoşulmuş və ümumilikdə 9 dəfə müsabiqədə iştirak etmişdir. O, müsabiqədə iştirak etmiş 50-ci ölkə olmuşdur. Lakin müsabiqənin ən kiçik ölkəsi üçün Avroviziyada debüt uğurlu alınmamışdır. Miodio qrupu yarımfinalda sonuncu yeri tutaraq finala adlaya bilməmişdir. Bunun ardınca San-Marino növbəti müsabiqələrdə iştirakdan imtina etmiş və iki illik fasilədən sonra 2011-ci ildə yenidən Avroviziyada iştirakını bərpa etdmişdir. Lakin ölkə təmsilçiləri növbəti üç il boyunca yenə də müsabiqənin finalına vəsiqə qazana bilməmişdir. San-Marino ilk dəfə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində Valentina Monettanın ifa etdiyi "Maybe" mahnısı ilə ölkəsini ilk dəfə Avroviziya finalına yüksəltmişdir. Bundan başqa Valentina Monetta San-Marinonu Avroviziyada 2012, 20132017-ci illərdə də təmsil etmişdir. İndiyədək San-Marinonun Avroviziyada əldə etdiyi ən yüksək nəticə 2019-cu ildə türk ifaçı Serhatın ifa etdiyi "Say Na Na Na" mahnısı ilə finalda 19-cu yeri tutması olmuşdur.

Təmsilçilər

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
2008İtalyancaMiodio"Complice"
Finala keçməyib
195
2011İngiliscəSenit"Stand By"1634
2012İngiliscəValentina Monetta"The Social Network Song"1431
2013İtalyancaValentina Monetta"Crisalide (Vola)"1147
2014İngiliscəValentina Monetta"Maybe"24141040
2015İngiliscəAnita Simonçini və Mikele Perniola"Chain of Lights"
Finala keçməyib
1611
2016İngiliscəSerhat"I Didn't Know"1268
2017İngiliscəValentina MonettaCimmi Vilson"Spirit of the Night"181
2018İngiliscəCessikaCenifer Breninq"Who We Are"1728
2019İngiliscə, TürkcəSerhat"Say Na Na Na"19778150
2020İngiliscəSenit"Freaky"

Səsvermə tarixçəsi

San Marinonun ən çox xal verdiyi ölkələr
SıraÖlkəXal
1 İtaliya68
2 İsveç40
3 İsrail36
4 Azərbaycan34
5 Yunanıstan32
San Marinonun ən çox xal aldığı ölkələr
SıraÖlkəXal
1 Macarıstan4
2 Albaniya3
Azərbaycan3
Ermənistan3
5 Moldova1

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya

Həmçinin bax