Salyan

Azərbaycanda şəhər
(Salyan şəhəri səhifəsindən istiqamətləndirilmişdir)
Bu məqalə Salyan şəhəri haqqındadır. Salyan rayonu üçün Salyan rayonu səhifəsinə baxın.

SalyanAzərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır.[2]

Şəhər
Salyan
39°35′48″ şm. e. 48°59′01″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü−19 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 30.396 nəf. (1989)[1]
Xəritəni göstər/gizlə
Salyan xəritədə
Salyan
Salyan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiyası

Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır.[3]

Tarixi

Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi.

Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.[4]

1729–1782-ci illərdə Salyan sultanlığının paytaxtı olub.

1799-cu ildə Şamaxı xanı Mustafa xan Salyanı ələ keçirdi və ona naib təyin etdi.[5]

1916-cı ildən Salyan Bakı quberniyasının Cavad qəzası inzibati mərkəzi olmuşdur. 1916-cı ildə ona şəhər statusu verilmişdir.[6]

1929–1930-cu illərdə — Muğan dairəsinin mərkəzi, 1930-cu ildən Salyan şəhəri Salyan rayonunun inzibati mərkəzidir.

Əhalisi

Salyan şəhəri əhalisinin milli tərkibi
Etnik qrupSayı, 1939 sa.[7]Nisbəti, 1939 sa.[7]
toplam13 554100 %
Azərbaycan türkləri11 56885.3 %
rus1 64412.1 %
ukraynalı860.6 %
alman740.5 %
erməni560.4 %
yəhudi200.2 %
ləzgi80.1 %
gürcü80.1 %
talış10.1 %
digər890.6 %

Tanınmış sakinləri

Şəhidləri

İstinadlar