Sahib Məmmədov (baş çavuş)

Sahib Yaşar oğlu Məmmədov (13 noyabr 1989; Culfa rayonu, Azərbaycan SSR19 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Sahib Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriYaycı, Culfa, Azərbaycan SSR
Vəfat tarixi (30 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriYaycı, Culfa, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növüAzərbaycan Daxili Qoşunlar
Xidmət illəri2010—2020
Rütbəsi Baş çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Həyatı

Sahib Məmmədov 1989-cu il noyabrın 13-də Culfa rayonunun Yaycı kəndində anadan olub.[1] Ailəli idi. Ayla, Məryəm və Rübabə adında üç qızı yadigar qaldı.

Hərbi xidməti

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Sahib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı CəbrayılınFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahib Məmmədov oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Ölümündən sonra Sahib Məmmədovun həyatına həsr olunan "Vətən Sahibi" adlı xatirə kitabı yazılmış və çap olunmuşdur. Kitabda həyatı, döyüş yolu haqqında ətraflı məlumat verilmişdir.

Təltifləri

İstinadlar