Səida

Səida[2] (ərəb. سعيدة‎)‎ — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.

Səida
34°49′49″ şm. e. 0°09′06″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub1854
Sahəsi
  • 75,62 km²
Mərkəzin hündürlüyü980 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 128.413 nəf. (2008)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi20000
Xəritəni göstər/gizlə
Səida xəritədə
Səida
Səida
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqe

Şəhər vilayətin şimal-qərb hissəsində, Atlas dağlarının yüksəkliklərində, dəniz səviyyəsindən 868 metr yüksəklikdə yerləşir.[3]

Səida ölkənin paytaxtı Əlcəzairdən təxminən 335 kilometr cənub-qərbdə yerləşir.

Əhalisi

2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 128,413 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:[4]

19771987199820082012
53,45081,874115,106128,413141,020

Nəqliyyat

Şəhərdən 3 kilometr şimalda eyni adlı kiçik bir hava limanı yerləşir. Digər şəhər mərkəzləri ilə dəmir yolu və avtomobil yolu ilə də bağlıdır.[3]

İqtisadiyyat

Səidə əhəmiyyətli regional kənd təsərrüfatı mərkəzidir. Şəhərin yaxınlığında buğda, zeytun, üzüm və esparto becərilir. Heyvandarlıq inkişaf etdirilmişdir.[5]

İstinadlar