Sığnaq (Xocalı)

Xocalı rayonunda kənd

Sığnaq və ya SığnaxAzərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd.[1]

Sığnaq
39°43′16″ şm. e. 46°47′59″ ş. u.
Ölkə Azərbaycan
RayonXocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1.302 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sığnaq xəritədə
Sığnaq
Sığnaq

Tarixi

Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi.[2]

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[3].

Əhalisi

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi[4].

Həmçinin bax

İstinadlar

Xarici keçidlər