Söhbətül-əsmar (film, 1994)

Söhbətül-əsmar
Fayl:Söhbətül-əsmar (film, 1994).jpg
RejissorElçin Hami Axundov (Elçin Hami kimi)
Əsərin müəllifiMəhəmməd Füzuli
Ssenari müəllifləriDinarə Gərəkməzli
Elçin Haminin iştirakı ilə
OperatorVyaçeslav Jestkov
RəssamGülşən Quliyeva
İstehsalçı"Azanfilm" Studiyası
İlk baxış tarixi1994
Filmin digər adlarıMeyvələrin bəhsi
Meyvələrin söhbəti
Filmin növüqısametrajlı cizgi filmi
Müddət10 dəq.
ÖlkələrAzərbaycan Azərbaycan
Dilazərbaycanca
İl1994
Texniki məlumatlar1 hissə
277 metr
35 mm
Rəngrəngli
IMDbID3963392

Məzmun

Kinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb...

Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir.

Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar.

Festivallar və mükafatlar

1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi

  • Ən yaxşı cizgi filminə görə rejissor Elçin Hami Axundov Diplom və Prizlə təltif olunmuşdur.

2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[1][2] Forumda filmin rejissoru Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.[3][4]

Film haqqında

Applikasiya filmidir.

Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.

Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr olunmuşdur.

Film Məhəmməd Füzulinin eyniadlı poeması əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi: Məhəmməd Füzuli
Rejissor: Elçin Hami Axundov (Elçin Hami kimi)
Ssenari müəllifi: Dinarə Gərəkməzli, Elçin Haminin iştirakı ilə
Quruluşçu rəssam: Gülşən Quliyeva
Operator: Vyaçeslav Jestkov
Baş animator: Arifə Hatəmi, Rauf Dadaşov
Anturaj rəssamı: Hüseyn Cavid İsmayılov
Musiqi tərtibatı: İsmayıl Dadaşov
Rəssam: Sara Nəzirova, Elman Mirzəyev, Y. Quliyev, Ələkbər Məmmədov
Məsləhətçi: Sara Nəzirova
Mətnin müəllifi: Sara Nəzirova
Səs operatoru: Marat İsgəndərov

Filmi səsləndirənlər

Nuriyyə Əhmədova
Nizami Musayev
Kübra Dadaşova
Gülqız Süleymanova
Ələkbər Məmmədov
Gülçin Qocayeva
"Azərkinovideo" İB

İstinadlar

Mənbə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.

Xarici keçidlər