Rokko və onun qardaşları

(Rokko və onun qardaşları (film, 1960) səhifəsindən istiqamətləndirilmişdir)

"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb.

Rokko və onun qardaşları
Rocco E I Suoi Fratelli
Janrdram
Əsas mövzuAqrar böhran[1], İctimai hərəkətlilik[1], Yoxsulluq[1], Ailə[1], qətl, boks
RejissorLukino Viskonti
ProdüserCuzeppe Bordonyi
Əsərin müəllifiCovanni Testori
Ssenari müəllifləri
Baş rollardaAlen Delon
Anni Jirardo
Renato Salvatori
Syuzi Deler
OperatorCuzeppe Rotunno
BəstəkarNino Rota
DistribütorNetflix
İlk baxış tarixi6 oktyabr 1960, 6 sentyabr 1960[2], 7 oktyabr 1960[2], 14 oktyabr 1960[2], 10 mart 1961[2], 14 aprel 1961[2], 26 iyun 1961[2], 28 may 1962[2], 28 sentyabr 1962[2], 1963
Müddət170 dəq.
Gəlir11.328 $[3]
Ölkələrİtaliya İtaliya
Fransa Fransa
Dilitalyan dili
İl1960
Rəngağ-qara[d]
Çəkiliş yeriMilan, Komo
IMDbID0054248
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür.

Məzmun

Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır.

Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır. Vinçenso adlandırılan birinci hissədə yalnız ailənin ümumilikdə həyatından bəhs olunur. Bu hissədə Viskonti 1955-ci ildə ölkədə baş verən hadisələri, vəziyyəti göstərir. Filmin əvvəlində hər şey guya yaxşılığa doğru getsə də, amma sonra qardaşların necə dəyişdiyi və bütün bunların faciəyə gətirib çıxarması görünür. Simone ilə Rokko boksla məşğul olmağa başlayırlar və bu başlanğıc onlar üçün uğurlu olur. İkinci qardaş Simone həyasızlaşmış, sadəlövh, öz qiymətini bilən bir insan idi. Küçə qadını Nadyaya qarşı olan hisslərindən əziyyət çəkən və axırda qatilə çevrildikdən sonra aciz, yazıq bir insan olur. Bu rolu Renato Salvatori ifa edir. Üçüncü qardaş üzündə əziyyət nişanələri olan Rokko (Alen Delon) qardaşları üçün çox şey eləyir. İlk baxışdan Viskontinin Rokkonun tərəfdarı olduğu görünsə də, əslində bu belə deyil, Rokko da onun üçün Simone kimi cəmiyyətin doğurduğu mənfi nəticədir. Rokko və Simone özlərindən asılı olmadan bir qadını sevirlər. Filmin ən dəhşətli epizodlarından biri Simonenin öz keçmiş məhəbbətini Rokkonun gözü önündə palçığa itələyərək zorlamasıdır. Sonrakı kadrda Simone ilə Rokko dava edirlər və Simonenin vurduğu zərbələrə qardaşı cavab vermir. Rokko bir gün Milan kilsəsində Nadyaya Simone ilə yaşamağı təklif edəndə onun qəddar, sərt, etinasız üzü görünür. Nadyanın (Anni Jerardo) qardaşını sevmədiyini bilə-bilə onu əziyyətli ölümə göndərir. Bu hərəkəti ilə o da Simone kimi hərəkət etmiş olur.

Filmin sonuncu səhnələri rejissor tərəfindən paralel montaj vasitəsilə verilib. Eyni anda Simone evdə Nadyanı bıçaqla öldürür və elə bu an Rokko Simoneni əvəzlədiyi döyüşdə rəqibinə qalib gəlir. Evdə Rokkonun qələbəsi qeyd olunan vaxt Simone qanlı paltosu ilə içəri daxil olur və çarpayıya yıxılıb ağlamağa başlayır. Buna dözməyən Rokko da onun yanına uzanaraq ağlayır.

Zamanın böhranından bəhs edən bu kinoromanın axırıncı hissəsi Çiro haqqında olan hissədir. Bu hissədə camaat artıq hipnozdan ayılıb, onlar küçələrə çıxıb öz sözlərini deyə bilirlər. Çiro gələcək haqdakı fikrlərini Lukaya başa salmaqla dediklərini tamaşıçılara yönəldir.

Rollarda

  • Alen Delon — Rokko Parondi
  • Renato Salvatori — Simone Parondi
  • Spiros Fokas — Binçenso Parondi
  • Maks Kartyer — Çiro Parondi
  • Katina Paksino — Rozariya Parondi
  • Anni Jirardo — Nadya
  • Klaudiya KardinaleCinetta, Vinçensonun arvadı
  • Syuzi Deler — Luiza
  • Alessandra Panaro — Fidanzata di Kiro
  • Klaudiya Mori — kimyəvi təmizləmə işçisi
  • Paolo Stoppa — boks məşqçisi
  • Roje Anen — Morini
  • Rokko Vidolatsi — Luka Parondi

Maraqlı faktlar

  • Bu filmin çəkilişlərindən sonra Renato Salvatori (Simone) və Anni Jirardo (Nadya) evləniblər.
  • Filmdə В фильме сыграла Adriano Çelentanonun arvadı Klaudiya Mori rol alıb. O, Rokkonun çalışdığı kimyəvi təmizləmə bürosunun işçisi rolunu oynayıb.

Xarici keçidlər