Ris Ceyms

Ris Ceyms (8.12.1999[3]) — Çelsi klubundan icarə əsasında Çempionşip təmsilçilərindən olan Uiqan Atletik klubunda mərkəz müdafiəçisi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur.[4][5]

Ris Ceyms
ing. Reece James
Ümumi məlumatlar
Tam adıRis Ceyms[1]
Doğum tarixi8 dekabr 1999(1999-12-08)[2] (24 yaş)
Doğum yeriLondon, İngiltərə
Vətəndaşlığı
Boyu179 sm
MövqeyiMüdafiəçi
Klub haqqında məlumat
Klubİngiltərə Uiqan Atletik
Nömrəsi12
Karyerası
Gənclik karyerası
2005—2018İngiltərə Çelsi
Klub karyerası[* 1]
2018—h.hİngiltərə Çelsi0 (0)
2018—h.h İngiltərə Uiqan Atletik5 (0)
Milli yığma[* 2]
2017İngiltərə İngiltərə U-183 (0)
2017—2018İngiltərə İngiltərə U-198 (0)
2017—h.hİngiltərə İngiltərə U-205 (0)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Çelsi

Ceyms altı yaşı olarkən Çelsi akademiyasına qəbul olmuşdur. O, U-18 komandası ilə debütünü 2016-cı ilin mart ayında Vest Hem Yunayted klubuna qarşı oyunda etmişdir. 2017–18 mövsümündə o, U-18 komandasının kapitanı kimi FA Gənclər Kubokunda iştirak etmişdir. Ceyms beş il ardıcıl klubun kapitanı olaraq rekorda imza atmışdır. O, həmin il İlin Akademiya Oyunçusu mükafatını əldə etmişdir.[6]

Uiqan Atletik

2018-ci ilin iyun ayında Ceyms Çelsi klubu ilə dörd illik müqavilə imzalamış və Uiqan Atletik klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.[7]

Milli karyerası

Ceyms İngiltərə millisinin U-17 və U-20 yığmalarında çıxış etmişdir. 2017-ci ilin may ayında Ceyms 2017 Tulon Turniri üçün İngiltərə U-20 millisinə dəvət almışdır.[8] O, final görüşündə iştirak etmiş və millisi Kot-d'İvuar millisinə qalib gələrək turnirin qalibi olmuşdur.[9]

2017-ci ilin iyul ayında Ceyms İngiltərə U-19 millisi ilə 2017 UEFA Avropa U-19 Çempionatında çempion olmuşdur.[10] O, yarımfinalda Çexiya millisinə qarşı oyunda iştirak etmişdir.[11]

Karyera statistikası

10 avqust 2018 tarixində yenilənib
Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləri
KlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumi
DiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Çelsi2018–19[12]Premyer Liqa0000000000
Uiqan Atletik (icarə)2018–19[12]Çempionşip5000000050
Ümumi karyera5000000050

Uğurları

Klub

Çelsi Əvəzedici[13]

Milli komanda

İngiltərə U-19[10]

Fərdi

İstinadlar