Rioni çayı

Gürcüstanda çay

Rioni (gürc. რიონი) — Cənubi Qafqazın ən böyük çaylarından biri. Qədim dövrdə Fazis adı ilə tanınırdı. Svan dilində rien - böyük çay deməkdir. Uzunluğu 327 km, hövzəsinin sahəsi 13400 km²-dır. 327 km olmaqla, uzunluğuna görə Gürcüstanda üçüncü ən böyük çaydır. Böyük Qafqaz dağlarında mənbəyini götürür, Kolxida vadisi boyunca axaraq Poti şəhərindən Qara dənizə tökülür. Üzərində Rioni SES tikilib.

Rioni çayı
lat. Rioni çayı, gürc. რიონი
Rioni
Rioni
Ölkə Gürcüstan
MənbəyiBöyük Qafqaz
MənsəbiQara dəniz
Uzunluğu327[1]
Su sərfi405 m³/san
Su hövzəsiQara dəniz
Hövzəsinin sahəsi13 400 km²
QollarıDjodjora çayı, Kvirila çayı, Tsxenistsqali
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar