Rikkardo Cakkoni

astrofizikçi

Rikkardo Cakkoni (6 oktyabr 1931[2][3][…], Genuya, İtaliya krallığı[7]9 dekabr 2018[4][5], San-Dieqo, Kaliforniya) – italyanAmerika fizikiastronomu. Nobel mükafatı laureatı (2002).

Rikkardo Cakkoni
it. Riccardo Giacconi
Doğum tarixi6 oktyabr 1931(1931-10-06)[2][3][…]
Doğum yeri
Vəfat tarixi9 dekabr 2018(2018-12-09)[4][5] (87 yaşında)
Vəfat yeri
Elm sahələriastrofizika, fizika, astronomiya[1], Kosmik şüalar[1]
İş yerləri
Təhsili
Üzvlüyü
MükafatlarıNASA Exceptional Scientific Achievement Medal "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı Fizika üzrə Nobel mükafatı
Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı ABŞ Milli Elmlər medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Milan Universitetini bitirmişdir (1954). İndian və Prinston universitetlərində (1956–59), "American Science and Engineering" tədqiqat kompaniyasında (1959–73), Harvard Universitetinin Astrofizika mərkəzində (1973–81) işləmişdir. Kosmik teleskop İnstitunun ilk direktoru (1981–92) olmuşdur.

Fəaliyyəti

Avropa Cənub rəsədxanasının baş direktoru (1993–99) işləyərkən "Çox böyük teleskopun" (Very Large Telescope) yaradılmasına rəhbərlik etmişdir. ALMA submillimetr diapazonlu yaradılması layihəsinin rəhbərlərindən biridir. Əsas tədqiqatları elementar zərrəciklər fizikası, kosmik şüalar fizikası, rentgen astronomiyasına aiddir. 1960-cı ildə B. Rossi ilə birlikdə rentgen teleskopunun layihəsini təklif etmişdir. "Uxuru" (1970) və "Eynşteyn" (1978) ilk kosmik rentgen rəsədxanalarının elmi proqramlarına rəhbərlik etmiş, "Çandra" kosmik rentgen teleskopunun yaradılmasına təşəbbüs göstərmişdir (1999). K. Şvartsşild medalı ilə təltif olunmuşdur (Almaniya 2004).

Istinadlar