Riçard Kuklinski

Riçard Kuklinski (11 aprel 1935, Cersi-Siti – 5 mart 2006, Trenton) – amerikalı-polyak[4] mənşəli seriyalı qatil. Cinayətləri işlədikdən sonra cinayət vaxtının bəlli olmaması üçün cəsədləri dondurduğundan "Buz adam" ləqəbini almışdır. 250-dən çox insanın ölümündən məsuldur.

Riçard Kuklinski
1982-ci ildə çəkilmiş şəkli.
1982-ci ildə çəkilmiş şəkli.
Doğum tarixi11 aprel 1934(1934-04-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi5 mart 2006(2006-03-05)[3][2][…] (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbiqan xəstəlikləri[d]
Vətəndaşlığı
Fəaliyyətisifarişli qatil
Cinayətqətl
Cinayət cəzası2 dəfə həbs
Cinayət statusuölüm
Həyat yoldaşıBarbara Kuklinski (boşanıb)
ValideynlərStenli Kuklinski (ata) və Anna Kuklinski (ana)

Həyatı və karyerası

1935-ci ildə Cersi-Sitidə anadan olub. Ailəsi və yaşadığı mühit ona pis təsir edib: iki qardaşından biri Florian atası tərəfindən öldürülüb.[5] İkinci qardaşı isə 12 yaşlı qıza təcavüz edib qızı öldürüb.[6]

Riçard ilk cinayətini 13 yaşında işləyib.[7] Daha sonra cinayət ailələrinin diqqətini çəkmiş və peşəkar qatilə çevrilmişdir. Əvvəlcə Dekavalkante cinayət ailəsi və Nyu-Yorkda başqa 5 mafiya ailəsi üçün sifarişli qatil kimi xidmət göstərib. Daha sonra Qambino ailəsi ilə işləməyə başlayıb.

Tutulması

17 dekabr 1986-cı ildə Riçardın yaxın dostlarından biri olan Fil Solimen ilə əməkdaşlıq edən FBI tərəfindən yaxalanıb.[8] Yaxalanması belə olur: Riçard növbəti "sifariş"ini alır və onu yerinə yetirməyə yollanır. Əldə etdiyi sianidi bir küçə itində yoxlamağa qərar verir, lakin itin ölmədiyini görüb bunun qurma olduğunu anlasa da, artıq gec olur.[9] Yaxalandıqdan sonra 250-dən çox cinayətdən məsul olduğunu etiraf edib və bu cinayətlərin işıqlandırılmasında özü kömək edib. Həbsdə qaldığı müddətdə bir çox jurnalist, psixiatra onunla görüşməsinə icazə verib.

5 mart 2006-cı ildə Sent-Frensis Sağlamlıq Mərkəzində həyata gözlərini yumub.[10]

Stili

Qurbanlarını müxtəlif üsullarla öldürüb: tapança, bıçaq, partlayıcı maddə, boğma, zəhərləmə, hətta bəzən yalın əllə, amma əsasən sianiddən istifadə etməyə üstünlük verib. Belə ki, sianid tez öldürür və meyityarma zamanı müəyyən edilməsi çətin olur.

Film

Riçard Kuklinsi haqqında HBO tərəfindən iki sənədli film çəkilib. Bundan əlavə, 2012-ci ildə onun həyatını ələ alan "Buz adam" adlı film də istehsal olunmuşdur. Filmdə Kuklinski rolunu Maykl Şennon oynamışdır. Film Antoni Brumanın "Buz adam: Soyuqqanlı qatilin əsl hekayəsi" kitabının motivləri əsasında çəkilib.[11]

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər