Reproduktiv sağlamlıq

Reproduktiv sağlamlıq — fiziki, əqli və sosial rifahın seksuallıqla əlaqəli vəziyyətidir. Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində reproduktiv proseslərə, funksiyalara və sistemlərə təsir göstərir.[1] Reproduktiv sağlamlıq seksuallıq və cinsi əlaqələrə qarşı pozitiv münasibət, məcburiyyətdən, ayrı-seçkilik və şiddətdən azad, qane edici təhlükəsiz bir cinsi həyat qurma qabiliyyətini nəzərdə tutur. Reproduktiv sağlamlığa nail olmaq və qorumaq, insana xas cinsi hüquqların həyata keçirilməsi ilə bağlıdır.[2]

Anqolada QİÇS-in qarşısının alınması ilə bağlı təbliğat sessiyası

İstinadlar