Raunq

Raunq vulkanı (ind. Gunung Raung) — İndoneziyanın Yava adasında yerləşən ən aktiv vulkanlardan biri.

Raunq vulkanı
ind. Gunung Raung
Ümumi məlumatlar
Vulkan formasıStratovulkan
İlk püskürmə1586
Son püskürməaprel-iyun 2015 (davam edir)
Tərkibiandezit
Mütləq hündürlüyü3332 m
Yerləşməsi
8°07′30″ c. e. 114°02′30″ ş. u.
Ölkə İndoneziya
ƏyalətŞərqi Yava
AdaYava

  • VOGRIPA560
  • GVP263340
  • GeoNames: 1629902
Raunq vulkanı xəritədə
Raunq vulkanı
Raunq vulkanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vulkan Şərqi Yava əyalətində yerləşir və 2 km genişliyində, 500 metr dərinliyində və krater kənarları ilə əhatə olunmuş kalderaya sahibdir. Hündürlüyü dəniz səviyyəsindən 3332 metr yüksəklikdədir.

Vulkanla bağlı ilk qeydə alınan püskürmə 1586-ci ilə aiddir. 1586-1817-ci illərdə vulkan 5 dəfə püskürmüşdür. Sonucu püskürmə 2015-ci ilin aprel ayında başlamışdır və püskürmə hələ də davam edir. Vulkanın son püskürməsi 5 hava limanının bağlanmasına səbəb olmuşdur.[1]

Qalereya

İstinadlar