Rasmus Nissen

Rasmus Nissen Kristensen (11 iyul 1997-ci ildə anadan olub) — NK kimi də tanınan, Erediviziya təmsilçilərindən olan Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur.

Rasmus Nissen
dan. Rasmus Nissen Kristensen
Ümumi məlumatlar
Tam adıRasmus Nissen Kristensen
Doğum tarixi (26 yaş)
Doğum yeriBrande, Danimarka
Vətəndaşlığı
Boyu186
Çəkisi70 kq
MövqeyiMüdafiəçi
Klub haqqında məlumat
KlubNiderland Ayaks
Nömrəsi43
Karyerası
Gənclik karyerası
2003—2010Danimarka Brande
2012—2016Danimarka Midtyulland
Klub karyerası[* 1]
2016—2018Danimarka Midtyulland51 (4)
2018—h.hNiderland Ayaks1 (0)
Milli yığma[* 2]
2015Danimarka Danimarka U-185 (1)
2015—2016Danimarka Danimarka U-1913 (2)
2016—h.hDanimarka Danimarka U-201 (0)
2016—h.hDanimarka Danimarka U-2112 (6)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik karyerası

Nissen futbolçu ailəsində anadan olmuşdur. O, futbolçu karyerasına 6 yaşı olarkən yerli Brande klubunda başlamışdır. 6 il bu klubda çıxış etdikdən sonra Nissen iki il Herninq Fremad klubunda top qovdurmuşdur. 2012-ci ildə Nissen Midtyulland klubunun gənclər komandası ilə müqavilə imzalamışdır.[1]

Klub karyerası

Midtyulland

Nissen əsas komanda heyətinə 2016-cı ilin yayında 18 yaşı olarkən dəvət almışdır. O, klub ilə beş illik peşəkar müqavilə imzalamışdır.[2]

O, peşəkar karyerasında debütünü 7 mart 2016-cı ildə 18 yaşı olarkən Nordşelland klubuna qarşı Superliqa görüşündə etmişdir.[3] O, görüşə ehtiyat oyunçular skamyasında başlamış və 39-cu dəqiqədə Vaklav Kadleçi əvəz etmişdir. Həmin görüşdə komandası 1-2 hesabı ilə məğlub olmuşdur. O, 2016-17 mövsümündə komandanın əsas oyunçusuna çevrilmişdir.

Ayaks

22 yanvar 2018-ci ildə Ayaks klubunun direktoru Mark Overmans Het Parool qəzetində Nissen ilə müqavilə imzaladıqlarını təsdiqləmişdir.[4]

Şəxsi həyatı

Nissen Şturm Qrats klubunun keçmiş futbolçusu olan Siqurd Kristensenin qardaşı oğludur. Leon Yessenin isə qardaşıdır.

İstinadlar

Xarici keçidlər