Ramiz Fətəliyev

Fətəliyev Ramiz Məmmədəli oğlu (7 iyun 1946, Bakı) — Azərbaycan kinossenaristi,[1] Azərbaycan Respublikası Xalq Artisti.[2][3]

Ramiz Fətəliyev
Şəxsi məlumatlar
Doğum tarixi7 iyun 1946(1946-06-07) (78 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyətissenarist, kinorejissor

Təltifləri"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2016 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987
"Şöhrət" ordeni

Həyatı

Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib.[4] Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub.

1974–1975-ci illərdə "Azərbaycanfilm" kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü olmuş və həmin dövrdən yaradıcılıq bioqrafiyası azərbaycan kinematoqrafiyası ilə bağlı olmuşdur. 1985–1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışmışdır. 1987–1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990–1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur. Ramiz Fətəliyevin ssenariləri üzrə "Azərbaycanfilm"də "Rəqiblər" (kinonovella), T. Bəkirzadə ilə birgə "Ömrün ilk saatı", "Dənizə çıxmaq qorxuludur" (V. Qonçarova, Ə. Əbluçla birgə), "Birisi gün, gecəyarısı" (M. Avdiyev, A. Donetslə birgə), "Sizi dünyalar qədər sevirdim", "Burulğan" (E. Quliyevlə birgə), "Xüsusi vəziyyət", "Akarsızlıq şəraitində", "Yaramaz" (V. Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən "Öz səadəti", "Köhnə məktublar", "Qraçlar", "Mənasız həyat" (Ukrayna), "Altıncı", "Hər cür rsqsiz", "Həyatın mənası" (Özbəkistan) bədii filmləri çəkilmişdir. 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , "Bir anın həqiqəti" (12 seriyalı), "Məhəllə", "Qraf Krestovski" və s. bədii televiziya filmlərinə quruluş vermişdir. O, 1986–1995-ci illərdə kinostudiyanın direktoru olmuşdur[5].

SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib.

Mükafatları

Ramiz Fətəliyev Azərbaycan Respublikasının xalq artisti, respublika Dövlət mükafatı laureatıdır.

6 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramiz Fətəliyev "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə" "Şöhrət" ordeni[6] və "Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə" "Xalq artisti" fəxri adı[7] ilə təltif edilib.

2019-cu ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.[8]

Filmoqrafiya

Quruluşçu rejissor

Ssenari müəllifi

Redaktor

Dialoqların müəllifi

Yaradıcılıq birliyinin rəhbəri

Məsləhətçi

İstinadlar

Mənbə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 310–311.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər