Rəhilə Orucova

Rəhilə Əli qızı Orucova (25 sentyabr 1965, Göyçə mahalı11 may 1992, Şıxarx, Ağdərə rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şəhidlər Xiyabanında dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçü.

Rəhilə Orucova
Şəxsi məlumatlar
Doğum tarixi25 sentyabr 1965(1965-09-25)
Doğum yeri
Vəfat tarixi11 may 1992(1992-05-11) (26 yaşında)
Vəfat yeri
Dəfn yeri
Dəfn tarixi13 may 1992
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Döyüşlər

Uşaqlıq dövrü və təhsili

Rəhilə Orucova 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oradakı təhsilini bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir.

1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş, texnukomu bitirdikdən sonra əvvəlcə Bakı Təcili Yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına Baş Hövsə xəstəxanasında fəaliyyətə başlamışdır.[1]

Döyüş yolu

Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi əsgər kimi vuruşmuşdur. 1992-ci il mayın 11-də Ağdərə rayonunun Leninavan kəndi uğrunda döyüşdə şəhid olmuşdur.[1] May ayının 13-də Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Burada dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçüdür.[2][3][4][5]

Xatirəsi

1992-ci il sentyabr ayında 109 nömrəli məktəbə şəhid Rəhilə Orucovanın adı verilmişdir və həyətində büstü qoyulmuşdur.[1][6]

Nizami rayonunda adına bulaq var.[7]

Həmçinin bax

Məqalələr

Məqalə (1)[8]

Məqalə (2)[9]

Məqalə (3)[10]


İstinadlar