Rəşad Qasımlı

Vətən Müharibəsi Qəhrəmanı

Rəşad Qasımlı (31 dekabr 1991, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı.

Rəşad Qasımlı
Rəşad Məzahir oğlu Qasımlı
Şəxsi məlumatlar
Doğum tarixi31 dekabr 1991(1991-12-31) (32 yaş)
Doğum yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Hərbi Hava Qüvvələri
Xidmət illəri2009–h. h.
Rütbəsi
Mayor
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Madagizin azad edilməsi
 • Murovdağ döyüşləri
Təltifləri"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Cəbrayılın azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Şuşanın azad olunmasına görə" medalı Vətən Müharibəsi Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Rəşad Qasımlı 1991-ci il 31 dekabr tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. HHQ qüvvələrinin N saylı aviasiya bazasında təyyarəçi vəzifəsində xidmətinə davam edir. Vətən müharibəsi zamanı SU-25 tipli hücum təyyarəsində döyüş uçuşları icra edərək, düşmənə məxsus canlı qüvvəni və texnikanı məhv etməklə Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Suqovuşan, Kəlbəcər kimi yaşayış məntəqələrinin azad edilməsində əməyi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Təltifləri

İstinadlar