Qvinn Şotvell

Amerikalı biznes meneceri

Qvinn Şotvell (ing. Gwynne Shotwell; qızlıq soyadı: Rovli, 23 noyabr 1963) — amerikalı iş qadını və mühəndis. O, ABŞ komsik şirkəti SpaceX-in prezidenti və baş əməliyyat direktorudur. Burada günədlik əməliyyatlar və şirkətin inkişafından cavabdehdir.[2]

Qvinn Şotvell
ing. Gwynne Shotwell
Doğum tarixi23 noyabr 1963(1963-11-23) (60 yaş)
Milliyyətiamerikalı
Təhsili
  • Robert R. MakKormik Mühəndislik və Tətbiqi Elmlər Məktəbi[d] (19821986)[1],
  • Robert R. MakKormik Mühəndislik və Tətbiqi Elmlər Məktəbi[d] (19861988)[1]
Fəaliyyətiflight engineer[d], biznes ledi, sahibkar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şotvell 2020-ci ildə Forbes tərəfindən dünyanın ən güclü qadınları siyahısına 49-cu qadın olaraq alınmışdır.[3] 2020-ci ildə isə Time tərəfindən dünyanın 100 ən nüfuzlu insanı siyahısına daxil edilmişdir.[4]

Həyatı

Şotvelll İllinoys ştatının Evnaston şəhərində anadan olub Libertivill şəhərində böyümüşdür.[5] 1982-ci ildə Libertivill tam orta məktəbindən məzun olmuşdur.[6] 1969-cu ildə ailəsi ilə birlikdə Apollon 11 missiyasına televiziyada baxarkən bunun elə də maraqlı olmadığını və həmin vaxtlarda kosmosla maraqlanmadığını demişdir. Şotvell sinifdə həm dərslər, həm də atletika sahəsində fərqlənirdi.[5] Anası onu İllinoys Texnologiya Universitetinə aparanda burada gördükləri kosmosa və texnologiyaya olan marağına ciddi təsir göstərdi və Şotvell mühəndis olmağa qərar verdi.[7] Növbəti il Şimal-Qərb Universitetinə qəbul oldu və buranı maşınqayırma üzrə bakalavr ardınca isə tətbiqi riyaziyyat üzrə magistr dərəcəsi ilə bitirdi.[5][8]

İctimai

Şotvell 2013-cü ilin iyun ayında TEDx-də elm, texnologiya, mühəndislik və riyaziyyatın əhəmiyyəti haqqında çıxış etmişdir.[9]

Şəxsi həyatı

Şotvell NASA-nın reaktiv sürət laboratoriyasında mühəndis olan Robert Şotvellə evlidir. Oun ilk həyat yoldaşı Lion Qureviçdən iki övladı var.[10]

Mükafatlar

  • 2012: Texnologiyada qadınların beynəlxalq şöhrət zalı[11]
  • 2017: İlin peyk icraçısı[12]
  • 2018: Texnikada ABŞ-nin ən yaxşı 50 qadını (Forbes)[13]
  • 2020: Dünyanın ən nüfuzlu 100 şəxsi (Time)
  • 2020: İlin peyk icraçısı[14]
  • 2020: ABŞ Milli Mühəndislik Akademiyasının üzvü seçildi.

İstinadlar

Xarici keçidlər