Quriya Respublikası

Quriya Respublikası – qərbi Gürcüstandakı Quriya bölgəsində Rusiya imperiyasına qarşı üsyan etmiş xalqın qurduğu dövlətdir.[1]

Tarixi dövlət
Quriya Respublikası
Bayraq
Bayraq

PaytaxtOzurgeti
Dillərigürcü dili
Rəsmi dilləriGürcü dili

Arxa plan

Quriyada hələ XV əsrdə müstəqil və yarımmüstəqil formada mövcud olmuş Quriya knyazlığı qurulmuşdu. Knyazlıq Rusiya imperiyasının himayəsinə daxil olduqdan qısa müddət sonra – 1829-cu ildə ləğv edilmiş və 1840-cı ildə birbaşa Rusiya imperiyasına daxil edilmişdir. Bu dövrdən sonra Rusiya hakim dairələrinin yerli gürcü kilsəsinə münasibəti, həmçinin ağır vergi siyasəti xalqın narahatlığına və zaman-zaman üsyanlara səbəb olmuşdur.[2]

1902-ci ildə ərazilərin örüş haqları üstündə çıxan üsyanlarla başlayan üsyan hərəkatının tarixçəsi respublikanın elanından on illərlə əvvələ gedib çıxır. Vergiləndirmə, ərazi mülkiyyəti və iqtisadi faktorlar da daxil olmaqla, böyük ölçüdə kəndli əhalinin qarşı-qarşıya qaldığı problemlər üsyanın başlamasında böyük rol oynamışdır. Gürcü sosial-demokratların cəhdləri sayəsində meydana çıxan üsyanlar 1905-ci ildə Birinci Rus inqilabı dövründə daha da qüvvətləndi və getdikcə daha mütəşəkkil hal almağa başladı.[3]

Rusiya hakim hərbi dairələri bu geniş xalq üsynalarını yalnız 1906-cı ildə böyük hərbi güc tətbiq etməklə yatıra bildilər.[4]

Respublika

Quriya Respublikası 1905-ci ildə kəndli üsyanları nəticəsində elan edilmiş və 1906-cı ilə qədər qısamüddətli mövcud olmuşdur. Respublika varlığı boyunca muxtar bölgə olmuşdur. Problemlərin və təkliflərin müzakirə edildiyi kəndli məclislərindən ibarət öz hökumət sistemləri var idi. Məhkəmə sahəsində isə məhkəməyə qatılanlar veriləcək cəzaya səs verə bilirdilər. İmperiya hakimiyyətindən qopmuş olmasına baxmayaraq, bu hərəkat rus əleyhdarı olmadığını bildirirdi və həqiqətən də, imperiyanın içində qalmağı arzuladıqlarınıhər dəfə bildirirdilər.[3]

Paytaxtı Ozurgeti olan respublikanın baş naziri Beniamin Çhikvişvili olmuşdur. Ərazi isə ümimilikdə, 2.030 km kvadrat təşkil etmişdir.[5]

Bu respublika az bir müddət yaşaya bilsə də, onun rəhbərliyində yer almış gürcü lidelrəin bir çox 1918-ci ildən 1921-ci ilə qədər mövcud olmuş Gürcüstan Demokratik Respublikasında da rəhbər postlarda olmuşdurlar.[6]

Həmçinin bax

Ədəbiyyat

İstinadlar