Qreta Saloume

Qreta Saloume Stefansdottir (isl. Greta Salóme Stefánsdóttir; d. 11 noyabr 1986, Mosfedlsbayr, İslandiya) — İslandiya müğənnisi, bəstəkarı və İslandiya simfonik orkestrının skripkaçısı. O, Younsi ilə duet şəklində ifa etdiyi "Never Forget" mahnısı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil etmiş və final mərhələsində İslandiyaya 20-ci yeri qazandırmışdır.[1] Saloume növbəti dəfə solo ifaçı olaraq İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Hear Them Calling" mahnısı ilə təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur.

Qreta Saloume
isl. Greta Salóme
Qreta Saloume 2016-cı ildə
Qreta Saloume 2016-cı ildə
Ümumi məlumatlar
Doğum adıQreta Saloume Stefansdottir
isl. Greta Salóme Stefánsdóttir
Doğum tarixi (37 yaş)
Doğum yeriMosfedlsbayr, İslandiya
Vətəndaşlığı İslandiya
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, bəstəkar, skripkaçı
Fəaliyyət illəri2011-ci ildən
Janrlarpop, soul, folk
Musiqi alətiskripka
Albom şirkətiHands Up Music
ƏlaqəsiYounsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musiqi karyerası

2012-ci ilin noyabr ayında Qreta Saloumenin In the Silence adlı debüt albomu işıq üzü görmüşdür. Albomda onun Avroviziya 2012 mahnısının ingilis və island dilində ("Mundu Eftir Mér") olan versiyaları da yer almışdır.

2016-cı ildə ifaçının "Raddirnar" mahnısı İslandiyanın Avroviziya 2016 üçün keçirdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Həmin mahnı ilə seçim turunun finalına vəsiqə qazanan Saloume finalda mahnının ingilis dilində olan versiyasını ("Hear Them Calling") ifa etmişdir. Nəticədə isə qalib gələrək, ikinci dəfə ölkəsini Avroviziyada təmsil etmək fürsətini qazanmışdır.[2] Avroviziyada Saloume 10 may tarixində baş tutan yarımfinal mərhələsində 16-cı nömrə altında çıxış etmişdir. Nəticədə 51 xalla 14-cü yerdə qərarlaşaraq, final mərhələsinə adlaya bilməmişdir. Hal-hazırda o, ikinci studiya albomunun üzərində işləyir.

Diskoqrafiya

Albomlar

Albom adıİl
In the Silence2012

Sinqllar

Mahnı adıİl
"Never Forget"
(Younsi ilə duet)
2012
"Fleyið"2015
"Raddirnar"2016
"Hear Them Calling"
"Row"
"Running Out of Time"
"My Blues"2017

İstinadlar

Əvvəlki:
Mariya Olafs
"Unbroken"
İslandiya Avroviziya Mahnı Müsabiqəsində

2016
Sonrakı:
Svala
"Paper"

Xarici keçidlər