Qazax-Tovuz iqtisadi rayonu

Azərbaycanda iqtisadi rayon

Qazax-Tovuz iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biridir. Tərkibinə Ağstafa, Gədəbəy, Qazax, ŞəmkirTovuz inzibati rayonları daxildir.[1]

İqtisadi rayon
Qazax-Tovuz iqtisadi rayonu

40°59′23″ şm. e. 45°50′19″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb7 iyul 2021
Sahəsi7.033 km²
Əhalisi
Əhalisi687.600 nəfər
Qazax-Tovuz iqtisadi rayonu
Qazax-Tovuz iqtisadi rayonu

Tarix

1991-ci ildən 2021-ci ilə qədər yuxarıda adı çəkilən inzibati rayonların ərazisi Gəncə-Qazax iqtisadi rayonunun (indiki Gəncə-Daşkəsən iqtisadi rayonu) bir hissəsi idi.

Qazax-Tovuz iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur.[2][3]

Coğrafiyası

İqtisadi rayon şimaldan Gürcüstan, qərbdən Ermənistan və şərqdən Gəncə-Daşkəsən iqtisadi rayonu ilə həmsərhəddir. İqtisadi rayonun relyefi alçaq, orta və yüksək dağlıq əlazilərdən ibarətdir. İqtisadi rayonun ümumi sahəsi 7,033 min km², əhalisi 682,79 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 8,1%-ni, əhalisinin isə 6,7%-ni təşkil edir.

İstinadlar