Qazaxıstandakı ümumdünya irsi obyektlərinin siyahısı

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir.[1] Qazaxıstan 1994-cü il 29 aprel tarixində tarixi ərazilərinin siyahıya daxil olması üçün konvensiyanı qəbul etmiş və 2016-cı ilə qədər Qazaxıstanın beş mədəni və təbii irsi bu siyahıya daxil edilmişdir.[2]

Location of World Heritage Sites in Qazaxıstan

Qazaxıstanda siyahıya alınan ilk obyekti Əhməd Yasəvi türbəsi (qaz. Қожа Ахмет Яссауи кесенесі, Qоjа Ахmet Yassaviy kesenesі) 2003-cü ildə Parisdə keçirilən Ümumdünya irsi komitəsinin 27-ci iclasında siyahıya alınmışdır.[3] Növbəti illərdə ikinci ərazi Tamqalıdakı petroqliflər, daha sonra 2008-ci ildə Sarıarka - Şimali Qazaxıstan çöl və gölləri siyahıya əlavə edilmişdir.[4][5] 2014 və 2016-cı illərdə isə müvafiq olaraq iki transmilli rekvizit: İpək yolu: Çanqan-Tyan-Şan dəhlizinin marşrutlar şəbəkəsi (ÇinQırğızıstan) və Qərbi Tyan-Şan (QırğızıstanÖzbəkistanla) siyahıya əlavə edilmişdir.[6][7]

Cədvəl

Cədvəl müvafiq sütunun üstündəki hissəsini vuraraq sütuna; yer, sahə və il sütunları üçün alfasayısal olaraq; yer sütunu üçün tərəf dövlət tərəfindən; və kriteriyalar sütunu üçün meyarlar növünə görə sıralanır. Transsərhəd ərazilər aşağıda sıralanır.

  • Obyekt – obyektin adı.[8]
  • Yer – regional və ya əyalət səviyyəsindəki bölgə ilə müşaiyyət olunan ölkəyə görə sıralanır. Çoxmillətli və ya çox regionlu obyektlər olduqda, adlar əlifba sırası ilə sıralanır.
  • Tip / Kriteriya – Ümumdünya irsi komitəsi tərəfindən təyin olunmuşdur.[9]
  • Sahə – hektar və akrla. Verilməyən dəyər, UNESCO tərəfindən heç bir məlumatın yayımlanmadığını göstərir.
  • İl – obyektin Ümumdünya irsi siyahısına yazıldığı tarix.
  • Təsvir – mövcud olduqda təhlükə altında olan bir obyekt kimi seçilmə səbəbləri də daxil olmaqla obyekt haqqında qısa məlumat
  * Trans-sərhəd obyekt

Dünya irsi əraziləri

ƏraziŞəkilYerKriteriyaArea
Hektar (akr)
İlTəsviri
Əhməd Yasəvi türbəsi KazTürkistan vilayəti
43°17′35″ şm. e. 68°16′28″ ş. u.
Mədəni:KazMau
(i),(iii),(iv)
0.55 (1.4)2003Türküstanda yerləşən Teymurilər dövrünə aid Xoca Əhməd Yasəvinin məqbərəsi Teymurilər memarlığının ən böyük və ən yaxşı qorunan nümunələrindən biri olaraq günümüzə qədər gəlmiş olsa da, yarımçıq qalır.[10]
Tamqalı KazAlmatı vilayəti
43°48′12″ şm. e. 75°32′06″ ş. u.
Mədəni:KazPet
(iii)
90 (220)2004Tamqalıdakı təxminən 5000 petroqlif Tunc dövründən başlayaraq Orta Asiya çöllərindəki həyat tərzindən xəbər verir.[11]
Sarıarka - Şimali Qazaxıstan səhra və gölləri KazMüxtəlif
50°26′00″ şm. e. 69°11′20″ ş. u.
Təbii:KazSar
(ix)(x)
450,344 (1,112,820)2008NaurzumKorqalşın Dövlət Təbiət qoruqları, Ağ durnaları, Qıvrımlələk qutanlar,Uzunquyruq sahilqartallarıSayğaqlar da daxil olmaqla çox sayda nəsli tükənməkdə olan quş növlərinin qorunmasına şərait yaradır.[12]
İpək yolu: Çanqan-Tyan-Şan dəhlizinin marşrutlar şəbəkəsi *KazMüxtəlif
Çin
Qırğızıstan
34°18′16″ şm. e. 108°51′26″ ş. u.
Mədəni:KazSil
(ii)(iii)(v)(vi)
42,668 (105,430)2014İpək yollarının 5000 km-lik bir hissəsini əhatə edən mülk, tarixi yaşayış yerləri, saraylar, məbədlər, yollar, istehkamlar, türbələr və digər tikililəri özündə cəmləşdirən dəhliz Çindəki Çanqandan Qazaxıstanın Yeddisu şəhərinə qədər uzanır.[13]
Qərbi Tyan-Şan* KazMüxtəlif
Qırğızıstan
Özbəkistan
43°44′00″ şm. e. 68°40′44″ ş. u.
Təbii:KazWes
(x)
02016Tyan-Şan dağ silsiləsi sisteminin qərb hissəsində müxtəlif mənzərələr və yüksək dərəcədə biomüxtəliflik mövcuddur.[7]

İlkin siyahı

Üzv dövlətlər Ümumdünya irsi siyahısına daxil edilmiş ərazilərə əlavə olaraq namizədlik üçün düşünə biləcəkləri yerlərin siyahısını da təqdim edə bilərlər. Ümumdünya irsi siyahısına namizəd olan ərazi yalnız əvvəlcədən siyahıda göstərildiyi təqdirdə qəbul edilir.[14] Qazaxıstan 2016-cı ilə qədər Ümumdünya irsinin İlkin siyahısına görə on üç obyekt təqdim etmişdir:[15]

  1. Mərkə ziyarətgahı[16]
  2. Beqazı-Dandıbay meqalit mavzoleyləri[17]
  3. Tasmola kurqanları[18]
  4. Eşkiolmes petroqlifləri[19]
  5. Arpa-Uzen petroqlifləri[20]
  6. Karatau silsiləsi[21]
  7. Otrar[22]
  8. Ulıtau mədəni landşaftı[23]
  9. İle-Alatau Milli Parkı[24]
  10. Altın-Emel Milli Parkı[25]
  11. Aksu-Cabaqlı qoruğu[26]
  12. Qərbi Tyan-Şan[27]
  13. Böyük ipək yolu[28]

İstinadlar