Qars kanoner qayığı

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Qars
Ümumi məlumatlar
Adı:Qars
Sahibi: Çar Rusiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Gəmini hazırlayan tərsanə:Novoe Admiralteystvo tərsanəsi
İnşa edildiyi yer:Sankt-Peterburq, Çar Rusiyası
Hazırlanmağa başlanması:dekabr 1908
Dənizə salınması:22 avqust 1909
İlk səfəri:1910
Vəziyyəti:
Xüsusiyyətləri
Sinifi və Tipi:Kanoner qayığı
Qeydiyyat portu:Bakı
Uzunluğu:61.75 metr
Sürəti:14.5 Knot
Həcmi:

QarsÇar Rusiyası, Azərbaycan Xalq CümhuriyyətiSSRİ-nin donanmasına daxil olan kanoner qayığı.[1]

1919-cu ilin yazında Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi.[2] Bakının neft məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini "Britaniya neft müdiriyyətinə" tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər görməyə başlamışdı.[2] "Ərdəhan" və "Qars" gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı.[2] 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gəmilərdən "Ərdəhan" və "Qars" pis vəziyyətdədir".[2] 1918-ci ilin əvvəllərində bu gəmilərin matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət etmişdi: "Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin".[3] "Qara dəniz ordusu"nun baş komandanı general C. F. Milnin 1918–1920-ci illərdə öz komandanlığı altında olan ordunun Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin yanvarında İngiltərə hökumətinin "London" qəzetinin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri heyəti (iki kanoner — "Ərdəhan" və Qars" gəmiləri, həmçinin bir neçə yardımçı gəmi) "bolşevizmə meyil etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi.[4] Beləliklə, matrosların "Qars" və "Ərdəhan" gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər zərərsizləşdirmişlər.[2]

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu