Qaraxitaylar dövləti

(Qarakitaylar səhifəsindən istiqamətləndirilmişdir)


Qaraxitaylar (Çincə: 西遼 pinyin: xī liáo; mənası: Qərbi Liao, 黑契丹 hēi qìdān; mənası Qara Kitan, Monqolca: Хар Хятад; Kara Kitad, Farsca: قرا ختاى Qarā Khitā'ī; 1125–1211), Orta Asiyada Kidanlar tərəfindən qurulan Monqol/Türk dövləti. Paytaxtı Balasaqun idi.

Tarixi dövlət
Qaraxitaylar dövləti
Təxminən 1200-cü ildə Qaraxitay dövlətinin sərhədləri
Təxminən 1200-cü ildə Qaraxitay dövlətinin sərhədləri
1124 — 1218

PaytaxtBalasaqun
Dövlət diniBütpərəstlik
Xristianlıq
Ərazisi1210-cu ildə 2.500.000 km²
İdarəetmə formasıMonarxiya
Xan
 • 1124-1144Yelü Dashi
 • 1211-1218Küçlüğ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bir Qarakitay təbəəsi — Vanq Ki-nin San Çay Tu Huy kitabından bir rəsm

Tarixi

1125-ci ildə Cürçenlərin qurduğu Cin sülaləsi tərəfindən dağıdılan Liao sülaləsinin son üzvü Yelü Daşi tərəfindən qurulmuşdur. O 1087-ci ildə doğulmuşdu və sülalənin daha az önəmli olan bir qolundan gəlirdi.

1132-ci ildə Balasaqun hakimi Qaraxani sülaləsindən II İbrahimə köməyə gedən Yelü Daşi Balasaqunu işğal edərək Qaraxaniləri Qaşqar şəhərinə qovdu.Ona Qaraxani ordusunda xidmət edən 16.000 kidan əsgəri də qoşuldu. Məhz həmin il Yelü özünə Gurxan titulunu götürdü. Həyat yoldaşı Çonqde isə imperatriça elan olundu. Ölümündən sonra digər həyat yoldaşı Tabuyan taxtı ələ keçirərək özünü imperatriça elan etmişdi.

İlk dəfə Qara Kitaylar dövründə əsgərlərə maaş verilməsi prosesi başlamışdı. Qarakitaylar artıq Mərkəzi Asiyaya köçsə belə Çin adətlərini saxlayırdılar. İmperiyada əsas dil Kidan dili və Çin dili olmağına baxmayaraq Fars və Uyğur dilləri də istifadə olunurdu.[1]

İmperiyada əsas imperator sülaləsi Yelü sülaləsi olduğu kimi, əsas xatunlar da Hsiao sülaləsindən çıxırdı.Hsiao Tabuyan 1144-cü ildə özünü imperatriça elan etmişdi. İmperiya vətəndaş müharibəsindən yorğun düşdüyü üçün asanlıqla Kuçluq xanın əlinə keçdi və daha sonra da Çingiz xan tərəfinən işğal olundu.Yelü sülaləsindən Büraq Hacib daha sonra Kirmana köçərək burada öz dövlətini qurdu.

İmperatorları

Monqolustan tarixi

Bu məqalələr ölkə seriyasındandır
Qədim tarix
Böyük Hun İmperiyası
Xianbei dövləti
Jujan xaqanlığı
Göytürk xaqanlığı
Uyğur xaqanlığı
Orta əsrlər
Yenisey qırğızları
Kidan
Xamaq Monqol
Böyük Monqol imperiyası
Yuan
Şimali Yuan
Monqolustan Tzin sülaləsinin tərkibində
Müasir tarix
Monqolustan Xalq Respublikası
Monqolustan

Monqolustan portalı
Məbəd adıÖlümündən sonrakı adÇincə soyadı və adıHakimiyyətiEra adı
Deçonq (德宗 Dézōng)Tianyouwuliedi (天祐武烈帝 Tiānyòuwǔlièdì)Yelü Daşi1124–1144Yankin (延慶 Yánqìng) 1124 və 1125–1134
Kanqquo (康國 Kāngguó) 1134–1144
YoxdurQantianhu (感天后 Gǎntiānhòu)Tabuyan (塔不煙 Tǎbùyān)1144–1150Hsiankin (咸清 Xiánqīng) 1144–1150
Rençonq (仁宗 Rénzōng)İstifadə olunmayıbYelü Yili (耶律夷列 Yēlǜ Yíliè)1150–1164Şaosinq (紹興 Shàoxīng) 1150–1164
YoxdurÇenqtianhu (承天后 Chéngtiānhòu)Yelü Pusuan (耶律普速完 Yēlǜ Pǔsùwán)1164–1178Çonqu (崇福 Chóngfú) 1164–1178
YoxdurMoçu (末主 Mòzhǔ) ya da Modi (末帝 Mòdì)Yelü Çiluqu (耶律直魯古 Yēlǜ Zhílǔgǔ)1178–1211Tianhsi (天禧 Tiānxī) 1178–1211
YoxdurYoxdurKüçlük (屈出律 Qūchūlǜ)1211–1218Yoxdur

Həmçinin bax