Qara şimşək

Qara şimşək (ing. Black Bolt) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 45-ci sayında (dekabr 1965) peyda olmuşdur. Qara şimşək supergüclərə malik Qeyri-insanlar adlı irqin lideri və kralıdır.

Qara şimşək
ing. Black Bolt
"War of Kings" #5 (sentyabr 2009).
"War of Kings" #5 (sentyabr 2009).
NəşriyyatMarvel Comics
Yayım tarixi"Fantastic Four" #45 (dekabr 1965)
Yaradıcı(lar)Sten Li
Cek Körbi
Xüsusiyyətlər
Əsl adıBlakaqar Boltaqon
Cinsiyyətikişi[d]
NövüQeyri-insan
Komiks bioqrafiyası
ÜzvlükləriQeyri-insan Kral Ailəsi
İllüminati
GücləriQeyri-insani fiziki güc
Uçmaq
Dağıdıcı supersonik səs
Manipulyasiya
Məhdud telepatiya

Qara şimşək bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. 2017-ci ildə buraxılmış və Marvel Kinematoqrafiya Kainatına daxil olan "Qeyri-insanlar" serialında Qara şimşək rolunu Enson Maunt canlandırmışdır.

Nəşrolunma tarixi

Qara şimşəyin ilk dəfə göründüyü "Fantastic Four" komiksinin 45-ci sayı.

Qara şimşək Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 45-ci sayında (dekabr 1965) peyda olmuşdur.

Bioqrafiya

Qara şimşək ilk peyda oluşunda Qeyri-insanların başçısı kimi təqdim olunmuşdur.[1][2] "Tales of the Inhumans" hekayədə Qara şimşəyin hekayəsi açıqlanmışdır. Kral Aqonun və Kraliça Rindanın oğlu olan Qara şimşək hələ embrionda ikən Terriqen dumanlarına məruz qalmış və elektronları manipulyasiya etmək gücü qazanmışdır. Bu səbəbdən də dağıdıcı səs gücü əldə etmişdir. Kiçik bir pıçıltısı belə dağıdıcı olduğundan uşaq ikən səs keçirməz otaqda güclərini idarə etməyi öyrənmişdir. Heç vaxt danışmamağa and içərək Qeyri-insanlar cəmiyyətinə qayıdan Qara şimşək qardaşı Maksimusun hücumuna məruz qalmış, lakin qardaşının hücumu nəticəsiz qalmışdır.[3]

Qeyri-insanların şəhəri Attilanın kralı olan Qara şimşək xarici dünyanı kəşf etmək üçün şəhəri tərk edir.[4] Xalası qızı Meduzanın hekayəsində peyda olur,[5] Qeyri-insan Kral Ailəsini məğlub edən Halkla üzləşir,[6] Fantastik dördlüklə birlikdə qardaşı Maksimusa qarşı döyüşür.[7]

Güclər

Terriqen kristalının dumanına məruz qalan digər Qeyri-insanlar kimi Qara şimşək də qeyri-insanı gücə, dözümlülüyə, reflekslərə malikdir. Qara şimşək supersonik səs bacarığına malikdir. Kiçik bir pıçıltısı belə çox dağıdıcı təsir göstərir. Hətta bir planeti də məhv edə bilər.[8][9] Buna görə də demək olar ki, danışmamağa üstünlük verir. Başının üstündəki çəngələbənzər antena güclərini idarə etməsinə kömək edir. Bunlardan əlavə, uçmaq qabiliyyətinə də malikdir.

İstinadlar

Xarici keçidlər